FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
22-07-2026, 09:00 | SİYASƏT
Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri təkcə bu ölkənin dövlət, teleradio və regional mətbuatında deyil, eyni zamanda, qlobal xəbər nəşrlərinin, maliyyə-birja portallarının və nüfuzlu təhlil mərkəzlərinin diqqət mərkəzində olub.

Beynəlxalq informasiya məkanında dərc olunan materialların həcmi və məzmun dinamikası Berlin görüşlərinin regional çərçivədən çıxaraq Avropanın enerji arxitekturasına və qlobal geostrateji balansa bilavasitə təsir edən mühüm siyasi hadisə kimi qiymətləndirildiyini göstərir. Səfərlə əlaqədar Almaniyanın və dünyanın 70-dən çox aparıcı media resursunda dərc edilən analitik məqalələrin, xəbərlərin və rəsmi bəyanatların məzmunu bir neçə konseptual istiqamətdə dəyərləndirilib və ətraflı təhlil edilib. Almaniya mediasında səfərin dinamikası əsasən enerji təhlükəsizliyi, iqtisadi institusionallaşma və ikitərəfli gündəlik əsasında təqdim olunub. Bu ölkənin dövlət qurumlarının resursları, milli teleradio yayımları, maliyyə xəbərləri portalları və regional mətbuatı Azərbaycan Prezidentinin səfərini, ilk növbədə, rəsmi Berlinin enerji təchizatının şaxələndirilməsi və iki ölkə arasında iqtisadi əlaqələrin yeni institusional müstəviyə qaldırılması kontekstində işıqlandırıblar.

Ali siyasi təmaslar və strateji dialoq

Almaniya Hökumətinin rəsmi portalı (Bundesregierung.de) və Federal Prezidentin dəftərxanası (Bundespraesident.de) dövlətimizin başçısının Berlindəki görüşləri barədə operativ məlumatlar yayıblar. Məlumatlarda Almaniya Kansleri Fridrix Merts və Prezident Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində ikitərəfli siyasi dialoqun dinamikası, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinin ətraflı müzakirə olunduğu diqqətə çatdırılıb. Almaniyanın əsas informasiya agentliyi olan DPA (Deutsche Presse-Agentur) ilə yanaşı, geniş oxucu auditoriyasına malik “Stern”, “News.de”, “Klamm.de”, “Deutsche Welle” kimi media orqanları da rəsmi protokollara və müzakirə olunan əsas mövzulara geniş yer ayırıblar.


Enerji təchizatının şaxələndirilməsi: Təbii qaz və neft idxalının artırılması

Dövlətimizin başçısının rəsmi səfəri ilə bağlı Almaniya mediasında ən böyük maraq doğuran istiqamətlərdən biri enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi olub. Almaniyanın “N-TV”, “Stern”, “Deutschlandfunk” (DLF) və “Zeit”, “Deutsche Welle” (DW), “Berliner Zeitung”, “Ostdeutsche Allgemeine”, “Epoch Times” və “Energy News Magazine” kimi nüfuzlu media qurumlarının məlumatlarında Almaniyanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmaq strategiyasında Azərbaycanın həlledici rol oynadığı, Kansler Fridrix Mertsin mətbuat konfransında səsləndirdiyi fikirlərə istinadla Almaniyanın Azərbaycandan təbii qaz və neft idxalını artırmaq niyyətində olması barədə xəbərlər yayıblar. Həmçinin materiallarda Kansler Fridrix Mertsin öz bəyanatında Azərbaycanın Almaniyanın enerji təchizatının təmin edilməsində maraqlı tərəfdaş olduğunu vurğulaması xüsusi qeyd olunub. Həmin nəşrlərdə yayımlanan məqalələrdə, eləcə də maliyyə sahəsində fəaliyyət göstərən “Marketscreener”, “Onvista”, “Business-Panorama” portallarının materiallarında Azərbaycan qazının Mərkəzi Avropa bazarlarına nəqli imkanları xüsusi qeyd olunub, Prezident İlham Əliyevin Avropaya enerji nəqlini genişləndirmək üçün hasilat və tranzit infrastrukturuna Avropa İttifaqı tərəfindən adekvat maliyyə və investisiya dəstəyinin göstərilməsi ilə bağlı prinsipial mövqeyi işıqlandırılıb.


İqtisadi əməkdaşlığın institutlaşdırılması: Azərbaycan-Almaniya
Biznes Şurasının təsis olunması

Almaniyanın birja və biznes mediası səfərin praktiki-iqtisadi əhəmiyyətinə və nəticələrinə xüsusi diqqət ayırıb. Ölkənin regional xəbər şəbəkələri – “Presse Augsburg”, “Regionalheute”, “Pfalz-Express”, “Hasepost”, “Regiojournal Saarland”, “Foerde.news” və “Klamm.de” kimi portallar səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və onun fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanmasına geniş yer verib. Eyni zamanda, “Deutsche Börse” (Almaniya Birjası) və “Yahoo Finance” saytlarında Azərbaycan ilə enerji və sənaye sahəsində əldə olunan razılaşmaların Avropanın kapital bazarlarındakı müsbət əks-sədası təhlil edilib.

Siyasi-analitik yayımlar həyata keçirən nüfuzlu media orqanları – “Welt”, “Handelsblatt”, “Deutsche Börse”, “Neue Westfälische” və “Upday” nəşrləri isə Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin yerli jurnalistin sualına cavab olaraq alman siyasətçilərin Bakıda keçirdikləri iddia olunan qapalı təmaslar barədə fikirlərinə yer verib.

Dünya mediasının baxışı

Beynəlxalq media resursları da Prezident İlham Əliyevin Berlinə rəsmi səfərini və keçirilən mətbuat konfransını diqqətdə saxlayıblar. Aİ mediasında səfərin hüquqi tərəflərinə diqqət yetirilib. İtaliyanın “Agenzia Nova” agentliyi səfərin hüquqi bazasına, strateji çərçivənin genişlənməsinə xüsusi həssaslıqla yanaşıb. Nəşr Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin imzaladıqları ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin hüquqi və siyasi mahiyyətinə geniş yer ayıraraq, həmin sənədin Bakı ilə Berlin arasında ikitərəfli əlaqələri keyfiyyətcə daha yüksək, institusional müstəviyə qaldırdığını vurğulayıb.

Eləcə də beynəlxalq xəbər agentlikləri və aparıcı xarici nəşrlər - “Reuters”, “Bloomberg”, “US News”, “Kyiv Post”, “Meduza”, “Nau.ch”, həmçinin Rusiyanın “TASS”, “Kommersant”, “RBC.ru”, “Lenta.ru”, “The Moscow Times” və “Forbes Russia” resursları əsas diqqəti mətbuat konfransına yönəldiblər. Həmin nəşrlər mətbuat konfransında səsləndirilən fikirlərə istinadla Almaniyanın və Rusiyanın sabiq rəsmilərinin Bakıda keçirdikləri qeyri-rəsmi təmaslar barədə məlumatlar yayımlayıblar.

Beləliklə, Almaniya və dünya mediasının marağı Prezident İlham Əliyevin Berlinə səfərinin beynəlxalq ictimaiyyət tərəfindən təkcə ikitərəfli təmaslar kimi deyil, Cənubi Qafqazın, Avropanın enerji təhlükəsizliyinin təmin olunması və nəqliyyat imkanlarının genişləndirilməsinə təsir edən vacib geostrateji hadisə kimi dəyərləndirildiyini göstərir. Aparıcı nəşrlərin səfərlə bağlı təhlilləri bir daha təsdiqləyir ki, Azərbaycan bir tərəfdən Avropanın enerji təchizatında və iqtisadi tərəfdaşlığın institusionallaşmasında vacib strateji mövqeyini möhkəmləndirir, digər tərəfdən müstəqil xarici siyasət kursu yürütməklə qlobal geostrateji müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə rəsmi Bakının orta güc mərkəzi olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində qərarların qəbul edilməsinə və qlobal sabitliyin təmin olunmasına təsir göstərən əsas amillərdən biri olduğunu bir daha göstərir.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30