FACT-INFO.AZ » AKTUAL » Milli Mətbuat Günü: Milli sözün və azad fikrin şərəfli yolu
21-07-2026, 11:00 | AKTUAL
Milli Mətbuat Günü: Milli sözün və azad fikrin şərəfli yolu

Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix təkcə jurnalistlərin peşə bayramı deyil, həm də xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması və dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynamış Azərbaycan mətbuatının şərəfli tarixinin təntənəsidir.

1875-ci il iyulun 22-də böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, "Əkinçi" xalqın maariflənməsi, elmə, təhsilə və milli dəyərlərə bağlılığın gücləndirilməsi istiqamətində əvəzsiz xidmət göstərdi. Məhz bu qəzet Azərbaycan dilində mətbuatın inkişafına yol açaraq sonrakı dövrlərdə milli jurnalistika məktəbinin formalaşmasına möhkəm zəmin yaratdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə söz və məlumat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisə kimi yadda qaldı. Bu qərar mətbuatın daha sərbəst fəaliyyət göstərməsi və cəmiyyətin obyektiv informasiya ilə təmin olunması baxımından yeni imkanlar yaratdı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının müasir çağırışlara uyğun inkişafı dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Medianın iqtisadi dayanıqlığının artırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, rəqəmsal transformasiyanın dəstəklənməsi və peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlərin peşə hazırlığına verilən dəstək və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi bu siyasətin mühüm tərkib hissəsidir.

Müasir dövrdə informasiya təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası informasiya cəbhəsində ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynadı. Operativ, dəqiq və etibarlı məlumatların ictimaiyyətə çatdırılması, dezinformasiyaya qarşı mübarizə və dövlətin haqlı mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması jurnalistlərin üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi.

Bu gün Azərbaycan jurnalistindən yalnız xəbəri çatdırmaq deyil, həm də peşə etikası prinsiplərinə sadiq qalmaq, cəmiyyət qarşısında məsuliyyət daşımaq, milli maraqları qorumaq və həqiqətin müdafiəçisi olmaq tələb olunur. İnformasiya bolluğu dövründə etibarlı və peşəkar medianın rolu daha da artır.

22 İyul - Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolu dəyərləndirmək, bu sahədə çalışan insanların əməyinə hörmət və ehtiram göstərmək üçün əlamətdar gündür. Bu münasibətlə bütün media nümayəndələrini peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, daim obyektiv, prinsipial və məsuliyyətli fəaliyyət arzulayırıq. İnanırıq ki, Azərbaycan mətbuatı milli maraqların qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və dövlətimizin daha da güclənməsi naminə bundan sonra da öz şərəfli missiyasını layiqincə davam etdirəcəkdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı




Baxış sayı: 155
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30