FACT-INFO.AZ » CƏMİYYƏT » Göygöldə “Aşıq Ələsgərin anım tədbirləri” layihəsinə yekun vurulub
21-07-2026, 10:30 | CƏMİYYƏT
Göygöldə “Aşıq Ələsgərin anım tədbirləri” layihəsinə yekun vurulub

Göygöl Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin tərəfdaşlığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dədə Ələsgər Ocağı" İctimai Birliyi tərəfindən həyata keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib.

İctimai Birlikdən Fact-info.az-a bildirilib ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ustad sənətkarın milli-mənəvi sərvətlərimizin qorunması və inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, Aşıq Ələsgərin zəngin irsi əsrlər keçsə də öz aktuallığını qoruyur, milli kimliyimizin, vətənpərvərlik ruhunun və yüksək mənəvi dəyərlərimizin formalaşmasına mühüm töhfə verir. Natiq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ustad aşığın yubileylərinin dövlət səviyyəsində qeyd edildiyini, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətkarın 200 illiyinin geniş şəkildə keçirildiyini və Bakıda abidəsinin ucaldıldığını xatırladaraq, bunu Aşıq Ələsgər irsinə verilən böyük dəyərin bariz nümunəsi kimi qiymətləndirib.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi və layihə rəhbəri Xətai Ələsgərli ustadın həyat yolu, poeziyasındakı vətən sevgisi, mənəvi saflıq və insanpərvərlik mövzuları barədə geniş məlumat verib. O, dövlət tərəfindən bu irsin qorunmasına göstərilən diqqət və qayğının gələcək nəsillər üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə tibb elmləri doktoru İbadulla Ağayev, "Dədə Ələsgər irsinin tədqiqi və təbliği Mərkəzi"nin direktoru, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov, şair-publisist Salman Balakişiyev və başqaları çıxış edərək layihənin əsas məqsədinin Aşıq Ələsgər irsini gənclərə tanıtmaq, Qərbi Azərbaycan aşıq məktəbinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək olduğunu bildiriblər.





Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30