FACT-INFO.AZ » MEDİA » Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
20-07-2026, 19:00 | MEDİA
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib

Azərbaycan Jurnalistlər Birliyi (AJB) milli jurnalistikanın inkişafında xidmətləri olan bir qrup media nümayəndəsini Həsən bəy Zərdabi adına mükafat ilə təltif edib.

Fact-info.az xəbər verir ki, mükafatın laureatları peşəkar jurnalistika sahəsində qazandıqları uğurlar, milli-mənəvi dəyərlərin təbliği, araşdırma jurnalistikasının inkişafı, regional medianın gücləndirilməsi, ictimai kommunikasiyanın inkişafına verdikləri töhfələr və mediada səmərəli fəaliyyətləri nəzərə alınmaqla müəyyənləşdirilib.

2026-cı il üzrə Həsən bəy Zərdabi Mükafatının laureatları

Alqış Həsənoğlu – peşəkar jurnalistika prinsiplərinin qorunmasına və uzunillik redaktorluq fəaliyyətinə görə;

Anar Niftəliyev – peşəkar, operativ və müstəqil xəbər jurnalistikasının inkişafına verdiyi töhfələrə görə;

Anar Tağıyev – vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi töhfələrə görə;

Elçin Zahiroğlu – səhiyyə və sosial mövzularda hazırladığı araşdırma yazılarına, eləcə də uğurlu media rəhbərliyi fəaliyyətinə görə;

Əkbər Qoşalı – Türk dünyasının milli-mənəvi dəyərlərinin və Turan düşüncəsinin təbliğinə verdiyi töhfələrə görə;

Günel Habilqızı – “GünEllə səyahət” və “Orda bir kənd var” layihələri vasitəsilə kənd həyatının özünəməxsus dəyərlərinin və milli-mədəni irsin tanıdılmasına verdiyi töhfələrə görə;

Hüseynbala Səlimov – analitik jurnalistika və siyasi publisistika sahəsində uzunillik səmərəli fəaliyyətinə görə;

Xanım Xatun – regional televiziya jurnalistikasına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə;

İlham Tumas – araşdırma jurnalistikası və müəllif televiziya layihələrinin inkişafına verdiyi töhfələrə görə;

İqbal Məmmədəliyev – regional televiziya jurnalistikası, televiziya istehsalı və sənədli film sahəsindəki fəaliyyətinə görə;

Murat Akkoç – Qarabağ həqiqətlərinin və Azərbaycanın milli maraqlarının beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyətinə görə;

Mübariz Yunus – “Füyuzat” dərgisinin inkişafına və maarifçi publisistikanın zənginləşdirilməsinə verdiyi töhfələrə görə;

Nicat Abdullayev – media ilə açıq və şəffaf münasibətlərin qurulmasına, eləcə də ictimaiyyətlə əlaqələr sahəsində innovativ fəaliyyətinə görə;

Oktay Hacımusalı – analitik publisistikanın və Türk dünyası mediası arasında işbirliyinin inkişafına verdiyi töhfələrə görə;

Zərnişan Turan – “Turan” proqramları vasitəsilə Türk dünyasının ortaq irsinin təbliğinə görə.

Həsən bəy Zərdabi adına mükafatın təqdimetmə mərasimi 22 iyul – Milli Mətbuat Günü keçiriləcək.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30