FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Özbəkistanlı gənc şairin kitabının təqdimatı Ağdamda keçirilib
20-07-2026, 17:30 | MƏDƏNİYYƏT
Özbəkistanlı gənc şairin kitabının təqdimatı Ağdamda keçirilib

İkinci Türk Dünyası Gənc Şairlər Festivalı çərçivəsində Ağdam Muğam Mərkəzində Özbəkistan Jurnalistlər Birliyinin sədri, tanınmış şair və publisist Şöhrət Arifin Azərbaycan dilində nəşr olunan “Məktubdur ömrüm” kitabının təqdimatı keçirilib.

Fact-info.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin başçısı, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutan tədbirdə TÜRKSOY-un baş katibi, yazıçı Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan, Türkiyə Yazarlar Birliyinin sədri Muhammed Enes Kala, Türkmənistan Mədəniyyət Nazirliyinin əməkdaşı Akmurad Rəcəbov, eləcə də Türk dünyasından gəlmiş tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Çıxış edənlər son illərdə Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdiyini vurğulayıblar. Natiqlər Şöhrət Arifin yaradıcılığının Azərbaycan oxucusuna təqdim olunmasını iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin təbliği baxımından mühüm hadisə kimi dəyərləndiriblər.

Bildirilib ki, nəşr Türk dünyasının ədəbi inteqrasiyasına, qarşılıqlı tərcümə ənənələrinin zənginləşməsinə və mədəni əməkdaşlığın genişlənməsinə dəyərli töhfədir.

“Məktubdur ömrüm” kitabı Dünya Gənc Türk Yazarlar Birliyi ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə layihəsi çərçivəsində ərsəyə gəlib. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsini təbliğ etmək, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrini daha da möhkəmləndirmək, çağdaş özbək poeziyasını Azərbaycan oxucularına tanıtmaq və Türk xalqları arasında ədəbi-mədəni əməkdaşlığı dərinləşdirməkdir.

Nəşri Azərbaycan dilinə AYB üzvü, “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı uyğunlaşdırıblar. Kitabın redaktoru Əkbər Qoşalı, məsləhətçiləri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmdir.

Bədii rəyçilər AYB katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, layihənin koordinatoru isə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Nilufər Lətifdir.

Tədbir zamanı müəllifin yaradıcılığı haqqında ətraflı məlumat verilib, kitabdan şeir nümunələri səsləndirilib.

Sonda qonaqlar müəllifi təbrik edərək bu nəşrin Azərbaycan və Özbəkistan arasında yeni ədəbi layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliklərini bildiriblər.




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30