FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Xəzərin sahilindən...” kitabı Azərbaycan ziyalılarının fikir salnaməsini bir araya gətirir
20-07-2026, 10:00 | MƏDƏNİYYƏT
“Xəzərin sahilindən...” kitabı Azərbaycan ziyalılarının fikir salnaməsini bir araya gətirir

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış televiziya jurnalisti və müəllif-aparıcı Fəxriyyə Lilparın “Xəzərin sahilindən... (söz, göz və təfəkkür dalğasında)” adlı kitabının birinci cildi nəşr olunub.

Fact-info.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan nəşr müəllifin on il ərzində eyniadlı televiziya layihəsində Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin və ictimai fikrinin görkəmli nümayəndələri ilə apardığı müsahibələri əhatə edir.

552 səhifədən ibarət kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, elmi redaktoru və “Son söz”ün müəllifi filologiya elmləri doktoru, professor Almaz Ülvidir. Nəşrin rəyçiləri Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, məsul redaktoru isə Könül Ələsovadır.

Topluda akademiklər, elm və mədəniyyət xadimləri, yazıçılar, şairlər, rəssamlar, sənət adamları və müxtəlif sahələrdə tanınmış ziyalılarla aparılmış söhbətlər yer alır. Müsahibələrdə milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin inkişafı, Azərbaycan ədəbiyyatı və incəsənəti, türk dünyasının mədəni əlaqələri, ziyalı məsuliyyəti və müasir dövrün aktual ictimai-mədəni məsələləri ətrafında fikir mübadiləsi aparılır.

Nəşrin “ön sözündə vurğulanır ki, "Xəzərin sahilindən..." televiziya layihəsi illər ərzində Azərbaycan ziyalılarının mənəvi portretini yaradan, milli-mədəni yaddaşın qorunmasına və cəmiyyətlə ziyalı arasında intellektual dialoqun inkişafına xidmət edən mühüm ekran layihələrindən birinə çevrilib. Kitab həmin zəngin televiziya irsini yazılı mənbə kimi gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Müəllif kitabın oxucuya təqdimatında qeyd edir ki, bu nəşr təkcə müsahibələr toplusu deyil, həm də müxtəlif nəsillərə mənsub ziyalıların həyat fəlsəfəsini, düşüncə tərzini və milli-mənəvi dəyərlərə münasibətini əks etdirən söz salnaməsidir.

Kitabın elmi redaktoru və “Son söz”ün müəllifi, filologiya elmləri doktoru Almaz Ülvi nəşri müasir Azərbaycan humanitar fikrinin mühüm hadisəsi kimi dəyərləndirərək yazır: "Müasir humanitar elmin qarşısında duran ən mühüm vəzifələrdən biri canlı elmi mühiti, intellektual yaddaşı qorumaq və gələcək nəsillərə fundamental şəkildə ötürməkdir... Fəxriyyə Lilparın oxucuların və elmi ictimaiyyətin mühakiməsinə verdiyi “Xəzərin sahilindən...” adlı birinci kitabı məhz bu böyük intellektual boşluğu doldurmaq məqsədilə ərsəyə gəlmiş dəyərli bir topludur".

Almaz Ülvi, həmçinin vurğulayır ki, müəllif sadəcə sual-cavab formatı ilə kifayətlənməyib, hər bir müsahibədə şəxsiyyətin yaradıcılıq laboratoriyasını, elmi və mənəvi dünyasını açmağa nail olub. Onun fikrincə, topluda yer alan müsahibələrin hər biri müasir Azərbaycan elminin və mədəniyyətinin canlı vizit kartıdır.

Kitab jurnalistlər, alimlər, filoloqlar, sənətşünaslar, tələbələr, eləcə də Azərbaycan elmi və mədəni irsi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.




Baxış sayı: 80
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30