FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Zəngibasar yallısı yenidən dirçəldilib
19-07-2026, 09:30 | MƏDƏNİYYƏT
Zəngibasar yallısı yenidən dirçəldilib

Zəngibasar yallısının yenidən dirçəldilməsi və bu qədim el yallısına həsr olunmuş klipin təqdimatı ilə əlaqədar tədbir təşkil edilib.

Fact-info.az xəbər verir ki, tədbir Zəngibasar İcmasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, İdarə Heyətinin üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və Zəngibasar İcmasının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar İcmasının sədri, "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş, riyaziyyat üzrə fəlsəfə doktoru Mirfaiq Mirheydərli tədbirin məqsəd və məramından bəhs edib. O, çıxışında Zəngibasar yallısının yenidən canlandırılması ideyasının yaranması, bu qədim el sənətinin qorunaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti, eləcə də klipin ərsəyə gəlməsi istiqamətində görülən işlər və çəkiliş prosesinin mərhələləri haqqında ətraflı məlumat verib.

Rəsmi hissədə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Zəngibasar yallısının yenidən dirçəldilməsini Qərbi Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm hadisə kimi dəyərləndirib. O bildirib ki, bu cür təşəbbüslər xalqımızın milli-mənəvi yaddaşının yaşadılmasına, Qərbi Azərbaycan irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Əziz Ələkbərli çıxışında tədbirlə eyni gündə daha bir əlamətdar hadisənin – Mirfaiq Mirheydərlinin 60 illik yubileyinin qeyd olunduğunu vurğulayaraq, onu Qərbi Azərbaycan İcması adından təbrik edib. Yubilyara İcmanın fəxri fərmanı və simvolik hədiyyələr təqdim olunub.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı çıxış edərək Zəngibasar yallısının yenidən həyata qaytarılmasını milli-mədəni irsimizin qorunmasına xidmət edən mühüm hadisə kimi qiymətləndirib. O, Mirfaiq Mirheydərlini həm 60 illik yubileyi, həm də bu dəyərli layihənin ərsəyə gəlməsi münasibətilə təbrik edərək ona yeni uğurlar arzulayıb.

Daha sonra Qərbi Azərbaycan Televiziyasının rəhbəri, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası sədrinin müavini, tanınmış jurnalist Telli Pənahqızı, Azərbaycanın Əməkdar elm xadimi, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası sədrinin müavini, professor Fərrux Rüstəmov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Bakı QHT Resurs və Təlim Mərkəzinin rəhbəri Rauf Zeyni, Zəngibasar ziyalıları – professor Şəhla Əliyeva, professor Əsgər Zeynalov, Zəngibasar rayonu üzrə ağsaqqalların məsul nümayəndəsi Teyyub Məmmədli və şairə Bela Zəngibasarlı çıxış edərək, Zəngibasar yallısının yenidən dirçəldilməsinin tarixi, mədəni və mənəvi əhəmiyyətindən danışıblar. Natiqlər bu təşəbbüsün Qərbi Azərbaycanın zəngin folklor irsinin yaşadılması istiqamətində mühüm addım olduğunu vurğulayaraq layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində Zəngibasar yallısına həsr olunmuş klip ilk dəfə ictimaiyyətə təqdim edilib. Bildirilib ki, klipin çəkilişləri Bakı şəhəri 138 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Zəngibasar icmasının nümayəndələri və digər iştirakçıların iştirakı ilə Şuşa, Xankəndi və işğaldan azad olunmuş digər ərazilərdə həyata keçirilib.

Sonda Zəngibasar yallısı iştirakçılar tərəfindən canlı ifa olunub, böyük maraq və alqışlarla qarşılanıb.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30