FACT-INFO.AZ » AKTUAL » Bu gün şəhid Natiq Məmmədbəylinin doğum günüdür
18-07-2026, 10:00 | AKTUAL / XƏBƏR
Bu gün şəhid Natiq Məmmədbəylinin doğum günüdür
Bu günə və gələcəyə boylanan qürurlu tarixi məqamlar
26 iyun Silahlı Qvvələr günü münasibətilə xidmətdə fərqlənən bir çox qəhrəman hərbçilərimiz ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətənə Xidmətə Görə” ordeni ilə təltif olunub. Təltif olunanların sırasında 44 günlük Vətən müharibəsinin şəhidi Natiq Məmmədbəylinin də adı var.
Xəzər rayonu Şağan qəsəbəsində doğulub boya-başa çatan və müharibədə tarix yazan Natiq Məmmədbəylinin valideynləri ilə söhbət etdim. Heç zaman unudulmayacaq övlad itkisini, acısını yaşamaq çətin olsa da, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi öncə valideynləri üçün böyük təsəllidir.
Digər tərəfdən qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. Hər zaman düşünmüşəm ki, II Qarabağ müharibəsində qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancıdır. Belə qazanc heç bir məkrli qüvvə tərəfindən israf olunmadan millətin, dövlətin strateji hədəflərinə yönəlməlidir. Müasir gəncliyə örnək ola biləcək şəhidlərimizlə bağlı o müqəddəs missiya hər zaman davam etməlidir.
Digər bir sevindirici xəbər eşitdim ki, Natiq Məmmədbəylinin də adına küçə veriləcək. Bu məlumatı mənə şəhidimizin valideynləri çatdırdılar.
İndi Azərbaycanda bir çox dəyərli, qəhrəman insanların adını daşıyan xeyli küçələr var. Bu küçələr həm də bizim ömür yolumuzdur. Gələcək nəsillərin ömür yoludur–Şağandakı Natiq Məmmədbəyli küçəsi kimi. Biz bu yolları qürurla, həm də ləyaqətlə keçməliyik. Belə yollar, belə küçələr zəngin xatirələri, qürurlu keçmişi özündə yaşadacaq tarixdir. Bu tarix həm bu günə, həm də gələcəyə boylanır.
Onu da qeyd edək ki, bu gün şəhid Natiq Məmmədbəylinin doğum günüdür. Məkanı cənnət olsun. Bütün şəhidlərimizi ehtiramla anırıq!
Əkrəm Bəydəmirli



Baxış sayı: 260
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30