İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə III investisiya müsabiqəsi bu il aprelin 30-da elan edilib, iyunun 15-də sənəd qəbulu başa çatıb. Ümumilikdə müsabiqədə iştirak üçün 193 subyekt müraciət edib.
Üçüncü investisiya müsabiqəsi ilə bağlı iyulun 14-də investisiya komissiyasının iclası keçirilib, müsabiqənin iştirakçıları və qalibləri müəyyən edilib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri SMS vasitəsilə məlumatlandırılıb. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi mərhələli şəkildə davam etdirilir.
Baxış sayı: 110
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
