FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycanın hərb tarixi. IV hissə (1991-2025-ci illər: Xronoloji xülasə)” kitabı çapdan çıxıb
17-07-2026, 09:30 | SİYASƏT
“Azərbaycanın hərb tarixi. IV hissə (1991-2025-ci illər: Xronoloji xülasə)” kitabı çapdan çıxıb

“Azərbaycanın hərb tarixi. IV hissə (1991-2025-ci illər: Xronoloji xülasə)” adlı kitab işıq üzü görüb.

Fact-info.azxəbər verir ki, geniş oxucu üçün nəzərdə tutulan 364 səhifəlik vəsait Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Kitabın müəllifləri Milli Müdafiə Universitetinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev və Milli Müdafiə Universitetinin dosenti Ramil İbrahimovdur.

Oxuculara təqdim olunan bu kitabın dördüncü hissəsində XX əsrin sonunda Azərbaycanın əldə etdiyi müstəqilliyi dövründə (1991–2025-ci illər) baş vermiş hərbi-siyasi hadisələr və ordu quruculuğuna dair faktlar ümumiləşdirilərək tədqiq olunub. İki fəsildən ibarət vəsaitin birinci fəslində 1993–2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında hərbi quruculuğun formalaşması və möhkəmləndirilməsi məsələləri xüsusi yer tutur. Burada hərbi təhsil sistemində aparılan islahatlar və Azərbaycan Ordusu üçün milli zabit kadrlarının hazırlanması işi sistemli şəkildə təhlil edilir.

Zəngin arxiv sənədləri əsasında hazırlanan vəsaitin ikinci fəslində 2024-2025-ci illərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin hərbi potensialının gücləndirilməsi məqsədilə ordu quruculuğunda aparılan davamlı islahatlar və onun inkişaf mərhələləri, yenidən formalaşan xüsusi təyinatlı təhsil müəssisələrinin peşəkar kadr hazırlığı sahəsində fəaliyyəti əksini tapıb. Kitabda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində apardığı döyüş əməliyyatları və ölkənin ərazilərinin işğaldan azad olunması xronoloji ardıcıllıqla ayrıca verilib. Həmçinin Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda və hərbi təhsil istiqamətində aparılan dəyişikliklər, yeni hərbi birləşmələrin və ilk növbədə komando qüvvələrinin formalaşması, Milli Müdafiə Universitetinin yaradılması, onun tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin peşəkar ali təhsilli zabit və elmi-pedaqoji kadrların hazırlığı prosesi də əksini tapıb.

Kitab Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı təhsil müəssisələrində “Azərbaycanın hərb tarixi” fənnini öyrənən kursantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




Baxış sayı: 295
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30