Yeni Şəhər Gündəliyinin prinsipləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hərtərəfli şəkildə tətbiq olunur.
Fact-info.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclasda ölkə hesabatını təqdim edərkən deyib.
O bildirib ki, "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Azərbaycan keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışını təmin etmək məqsədilə “Daha yaxşı bərpa et” yanaşması tətbiq edir.
“12 şəhərdən 8-i, həmçinin 106 qəsəbə və kənd üzrə baş planlar təsdiqlənib. Bu gün həmin ərazilərdə təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır. Mənzillərlə yanaşı, təhsil, səhiyyə, infrastruktur və ictimai xidmətlər də paralel şəkildə inkişaf etdirilir. 15 700-dən çox mənzilin tikintisinə icazə verilib”, - deyə Komitə sədri qeyd edib.
Baxış sayı: 80
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
