FACT-INFO.AZ » CƏMİYYƏT » Tovuz döyüşlərinin qəhrəmanlarına həsr olunan tədbir keçirilib
16-07-2026, 20:30 | CƏMİYYƏT
Tovuz döyüşlərinin qəhrəmanlarına həsr olunan tədbir keçirilib
Tarixə Tovuz döyüşləri kimi daxil olmuş bir savaşın başlanmasının 6 -cı ildönümü tamam oldu. 6 il öncə,  2020- ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri və onların havadarlarının bölgədə üstünlüyü öz tərəflərinə çəkmək cəhdləri baş tutmadı. Azərbaycan həmin ilin sentyabr ayının 27-də əks hücuma keçərək işğal edilən ərazilərin böyük bir hissəsini azad etdi. 2023 - cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları zamanı Xankəndi və Xocalı şəhəri, həmçinin Ağdərə və Xocavənd  rayonları düşmən tapdağından azad edildi.
Bu gün şəhid General - mayor Polad Həşimov, Polkovnik İlqar Mirzəyev kimi qeyrətli oğulların ruhları şaddır.Çünki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan döyüş əməliyyatları və lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğal olunmuş ərazilər düşmən tapdağından azad olunub.
İyulun 16-da "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları Tovuz döyüşlərinin 6-cı ildönümünə həsr edilən tədbir keçirdilər. Tədbiri Birliyin sədri, jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi 1 dəq.lik sükutla yad edildi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov düşmən üzərində qazanılan qələbənin ictimai əhəmiyyətini qeyd etdi. O, işğaldan azad olunan ərazilərdə aparılan tikinti - quruculuq işlərindən də danışdı. 
Milli Məclisin deputatı, Professor Rövşən Muradov anım mərasimində gənclərin çoxluq təşkil etdiyindən məmnunluğunu bildirdi. Rövşən müəllim də öz çıxışında Tovuz döyüşlərinin mühüm əhəmiyyətini qeyd etdi.
General - mayor, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Polad Həşimovun bacısı Kəmalə Həşimova, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə Heyətinin üzvü Cavanşir Rzazadə, həmin Təşkilatın Mətbuat Xidmətinin rəhbəri, yazıçı-publisist Mövsümağa Ədalətoğlu, Birliyin Qax, Zaqatala və Balakən Rayonları üzrə Regional şöbəsinin sədri, müharibə veteranı Vaqif Hümbətov, ictimai fəal Aynurə Adıgözəl qızı,  "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin sədri Aynur İsayeva, İmişli rayonu A.Allahverdiyev adına Qaralar kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri, müharibə veteranı Elmidar Əsgərov, qazi, ehtiyatda olan mayor Muxtar Həşimov, "Qladiator" İdman Klubunun rəhbəri, tanınmış idmançı Azad Məmmədov, "Gənclərin səsi" Platformasının rəhbəri Telman Aslanı və başqaları çıxış edərək Tovuz döyüşlərinin Azərbaycan tarixindəki rolunu xüsusi qeyd etdilər. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Gənclər Şurasının sədri, "Əbədi Tədbirlər" layihəsinin rəhbəri Polad ağa İbrahimov və köməkçisi Yusif Səccadın birgə hazırladıqları  kompozisiya nümayiş etdirildi. 
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Mövsümağa Ədalətoğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Mətbuat xidmətinin rəhbəri.
16.07.2026.



Baxış sayı: 290
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30