Rusiya Ukrayna münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərini davam etdirmək istəyinə görə Türkiyəyə minnətdardır, lakin Moskva hazırda danışıqlar prosesinin tezliklə bərpası üçün heç bir yaxın perspektiv görmür.
Fact-info.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankaranın Rusiya-Ukrayna danışıqlarını asanlaşdırmağa davam etmək niyyəti ilə bağlı fikirlərini şərh edərkən deyib.
Kremlin sözçüsü bildirib: “Biz türk dostlarımızın Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə töhfə verməyə davam etmək istəyindən yaxşı xəbərdarıq. Bunun üçün Türkiyə tərəfinə minnətdarıq”.
Eyni zamanda, Dmitri Peskov qeyd edib ki, Moskva hazırda danışıqları bərpa etmək üçün heç bir yaxın perspektiv görmür.
“Hələlik danışıqlar prosesinin bərpası üçün heç bir yaxın perspektiv yoxdur. Biz heç bir perspektiv görmürük, amma Rusiya tərəfi şübhəsiz ki, bu yol üçün açıqlığına sadiqdir”, - deyə o vurğulayıb.
Baxış sayı: 105
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
