ABŞ Dövlət Departamenti 201 milyon dollar büdcəsi olan TRIPP+ (Sülh və İnkişaf Naminə Tramp Yolu) fondu yaradıb. Fondun yaradılmasında məqsəd Cənubi Qafqaz və Mərkəzi Asiyada həyata keçirilən beynəlxalq iqtisadi layihələri maliyyələşdirməkdən ibarətdir.
Fact-info.az ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, fond Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistana nəqliyyat infrastrukturu yaratmaq və genişləndirmək üçün qrant verə bilər və sərmayə yatırar. Bununla yanaşı, fondun enerji istehsalı və nadir yer metallarının hasilatı üçün aparılan qazıntı işlərini də maliyyələşdirmək imkanı var.
Məlumatda qeyd olunur ki, ABŞ-nin İnkişaf və maliyyə korporasiyası “TRIPP Development Company” adlı şirkət yaratmağı planlaşdırır. Bu şirkət Bakı ilə Naxçıvan və Türkiyəni bilrləşdirəcək Zəngəzur dəhlizinin tikilməsi üçün nəzərdə tutulan işləri həyata keçirəcək.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
