Azərbaycanda formalaşdırılan rəqəmsal arxitekturaların hər biri öz funksiyasını yerinə yetirsə də, onların hamısı informasiya təhlükəsizliyi ilə bağlı qəbul edilmiş vahid konsepsiyaya əsaslanır.
Fact-info.az xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” adlı dəyirmi masada səsləndirib.
O bildirib ki, yaradılan bütün rəqəmsal həllər və sistemlər ayrı-ayrı istiqamətlər üzrə fəaliyyət göstərsələr də, vahid yanaşma çərçivəsində bir-biri ilə əlaqələndirilir. Bu yanaşma rəqəmsal ekosistemin dayanıqlılığının, səmərəliliyinin və informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
V.Qasımlının sözlərinə görə, vahid konsepsiya əsasında qurulan rəqəmsal arxitekturalar dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsinə və rəqəmsal transformasiya prosesinin daha effektiv həyata keçirilməsinə imkan yaradır.
Baxış sayı: 150
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
