FACT-INFO.AZ » SİYASƏT » "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
15-07-2026, 09:30 | SİYASƏT
"The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb

Müstəqil onlayn analitika və rəy platforması "The Liberum" 4-cü Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin sülh, regional təhlükəsizlik və Azərbaycanın beynəlxalq rolu ilə bağlı səsləndirdiyi əsas mesajlara həsr olunmuş məqalə dərc edib.

Nəşrin qeyd etdiyi kimi, forumda Prezident İlham Əliyev Azərbaycanın suverenlik, məsuliyyət və regional əməkdaşlıq prinsiplərinə əsaslanan dünya baxışını təqdim edib.

"Müharibə nəticəsində əldə olunmuş sülhün sadəcə passiv şəkildə istifadə ediləcək bir vəziyyət deyil, fəal şəkildə qorunmalı olan dəyər olduğu fikri Prezidentin çıxışında ən aydın şəkildə səslənən mesajlardan biri idi", – məqalədə bildirilir.

Nəşr vurğulayır ki, Prezident İlham Əliyev işğalla heç vaxt barışmamaq barədə uzun illərdir müdafiə etdiyi mövqeyini bir daha təsdiqləyib. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək təcrübəsini xatırladaraq bildirib ki, eyni prinsip Bakının Ukraynanın ərazi bütövlüyünə ardıcıl dəstəyinin də əsasını təşkil edir.

"The Liberum" həmçinin Prezidentin belə bir mövqeyinə diqqət çəkir ki, qanuni məqsədlərə nail olunduqdan sonra hərbi əməliyyatların dayandırılması zəifliyin deyil, məsuliyyətli liderliyin göstəricisidir.

"İşğalın heç vaxt legitimləşdirilməməsi və eyni zamanda döyüş əməliyyatlarını nə vaxt dayandırmağın bilinməsi barədə bu iki mesaj bir-birinə zidd deyil. Əksinə, onlar Bakının 2020-ci ildən sonrakı təcrübəsinin mahiyyətini əks etdirir", – məqalədə qeyd olunur.

Daha sonra nəşr Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı fikirlərinə toxunur. Buraya Tramp administrasiyasının danışıqların irəlilədilməsində oynadığı rolun qiymətləndirilməsi, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və regionun nəqliyyat bağlantılarını dəyişdirə biləcək layihə kimi xarakterizə olunan TRIPP dəhlizi barədə şərhlər daxildir.

Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq münasibətlərdə artan roluna dair qiymətləndirməsinə də yer verilib. Onun sözlərinə görə, Azərbaycan öz maraqlarını müdafiə etməyə və etibarlı vasitəçi kimi çıxış etməyə qadir olan orta gücə çevrilib.

Bundan əlavə, "The Liberum" dövlət başçısının Avropa Şurası Parlament Assambleyası və beynəlxalq siyasətdə "ikili standartlar" adlandırdığı məsələlərlə bağlı fikirlərinə diqqət çəkərək, bunu forumun daha geniş mövzusu – həqiqətin bərpası və etimadın yenidən qurulması ilə əlaqələndirir.

"Ümumilikdə, Prezidentin Şuşadan səsləndirdiyi mesajlar özünü dəyişən regional nizamın passiv faydalananı deyil, onun fəal formalaşdırıcısı kimi görən bir ölkənin baxışını əks etdirir", – məqalədə vurğulanır.




Baxış sayı: 145
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30