FACT-INFO.AZ » CƏMİYYƏT » Kardioloqlar qan təzyiqinin aşağı salınmasına kömək edən meyvələri müəyyən ediblər
15-07-2026, 09:00 | CƏMİYYƏT
Kardioloqlar qan təzyiqinin aşağı salınmasına kömək edən meyvələri müəyyən ediblər

Kardioloqlar alma, avokado, qaragilə və portağalı müntəzəm olaraq qida rasionuna daxil etməyi tövsiyə edirlər. Çünki bu meyvələrin tərkibindəki qida maddələri ürək-damar sisteminin sağlamlığını dəstəkləyir və qan təzyiqinə nəzarət etməyə kömək edir.

“Eating Well” jurnalı xəbər verir ki, kardioloq Devid Minn ürək-damar xəstəliklərinin dünya üzrə ölüm səbəbləri arasında əsas yerlərdən birini tutduğunu, lakin düzgün qidalanma və fiziki fəaliyyət də daxil olmaqla sağlam həyat tərzi ilə bu riskin əhəmiyyətli dərəcədə azaldıla biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, alma qida lifi, xüsusilə pektin və antioksidantlarla zəngindir. Bu maddələrin birləşməsi xolesterin səviyyəsinin aşağı salınmasına kömək edir, bağırsaqlarda xolesterinin sorulmasını azaldır və qan damarlarını oksidləşdirici zədələnmədən qoruyur.

Avokado isə aşağı sıxlıqlı lipoproteinlərin (“pis” xolesterin) səviyyəsini azaltmağa və yüksək sıxlıqlı lipoproteinlərin (“yaxşı” xolesterin) səviyyəsini artırmağa kömək edən tək doymamış yağların əsas təbii mənbələrindən biridir. O, həmçinin qan damarlarının genişlənməsinə yardım edərək təzyiqin tənzimlənməsinə və ürək-damar xəstəlikləri riskinin azalmasına təsir göstərə bilər.

Qaragilə yüksək miqdarda antioksidant və qida lifi ehtiva edir. Devid Minnin sözlərinə görə, bu giləmeyvənin müntəzəm istehlakı arterial elastikliyi yaxşılaşdırmağa, qan təzyiqini aşağı salmağa və “yaxşı” xolesterinin səviyyəsini artırmağa kömək edə bilər.

Mütəxəssislər portağalı da faydalı qidalardan biri kimi qeyd edirlər. Tərkibində yüksək miqdarda C vitamini ilə yanaşı, flavanonlar – bitki mənşəli birləşmələr var. Kardioloq Odri T. Damranın sözlərinə görə, bu maddələr qan təzyiqinin aşağı salınmasına, xolesterin səviyyəsinin yaxşılaşdırılmasına, iltihabın azalmasına və qanda şəkərin səviyyəsinin normallaşmasına kömək edə bilər.

Ekspertlər vurğulayırlar ki, ürək-damar xəstəliklərinin qarşısının alınması üçün kompleks yanaşma vacibdir. Buraya yüksək lifli və az doymuş yağlı qidalanma, müntəzəm fiziki fəaliyyət, sağlam bədən çəkisinin qorunması, siqaretdən imtina, spirtli içkilərin məhdudlaşdırılması, eləcə də qan təzyiqi və qanda şəkər səviyyəsinə nəzarət daxildir.

Mütəxəssislər müntəzəm olaraq yaşıl tərəvəzlər, tam taxıllı məhsullar, paxlalılar, balıq, qoz-fındıq, toxumlar və bitki yağları, xüsusilə də zeytun yağı istehlak etməyi tövsiyə edirlər. Eyni zamanda qeyd edirlər ki, heç bir ayrıca məhsul ürək sağlamlığının qorunmasında əsas amil olan sağlam həyat tərzini əvəz edə bilməz.




Baxış sayı: 110
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30