FACT-INFO.AZ » SİYASƏT » Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeni statusu
14-07-2026, 15:30 | SİYASƏT
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeni statusu

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasət prioritetlərini, regional təhlükəsizlik strategiyasını və beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının siyasi, iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasına təsir göstərən orta güc dövlətlərindən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O bildirib ki, regional təhlükəsizlik, Ermənistanla sülh prosesi və beynəlxalq hüququn aliliyi Prezidentin çıxışının əsas siyasi xəttini təşkil edirdi. Azərbaycanın suverenliyini tam bərpa etdikdən sonra sülh gündəliyini ön plana çıxarması, beynəlxalq hüququ bütün münaqişələrin həlli üçün əsas istinad nöqtəsi hesab etməsi və regionda uzunmüddətli sabitliyin tərəfdarı kimi çıxış etməsi ölkəmizin məsuliyyətli dövlət mövqeyini nümayiş etdirir. Bu baxımdan Ukraynanın ərazi bütövlüyünə dəstəyin ifadə olunması da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ardıcıl xarici siyasət kursunun təqdimatı kimi qiymətləndirilə bilər.

“Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsi idi. Orta Dəhlizin artan əhəmiyyəti, Xəzər dənizi ətrafında həyata keçirilən iri layihələr və qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan və daim genişlənən əməkdaşlıq Azərbaycanın geoiqtisadi üstünlüklərini daha da artırır. Qlobal hərbi-siyasi gərginlik fonunda təhlükəsiz və daha etibarlı nəqliyyat marşrutlarının yaranması isə ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldir.

Forumda rəqəmsal transformasiya, süni intellekt, yaşıl enerji, insan hüquqları, müstəmləkəçiliyə qarşı mübarizə və medianın qlobal proseslərdə rolu kimi məsələlərə də toxunulması göstərdi ki, Azərbaycanın gündəliyi artıq yalnız regional problemlərlə məhdudlaşmır. Ölkəmiz qlobal çağırışlara münasibət bildirən, beynəlxalq təşəbbüslərlə çıxış edən və yeni əməkdaşlıq formatları yaradan dövlət kimi öz mövqeyini gücləndirir”, - deyə C.Feyziyev vurğulayıb.

Onun sözlərinə görə, Prezidentin çıxışında enerji təhlükəsizliyi və nəqliyyat siyasətinin bir-birini tamamlayan istiqamətlər olduğu da aydın şəkildə ifadə olundu. Azərbaycanın Avropaya qaz ixracının genişlənməsi, Almaniya və Avstriya kimi yeni bazarlara çıxış, bərpaolunan enerji layihələrinin sürətləndirilməsi ölkənin enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, qaz nəqli infrastrukturunun genişləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması gələcək dövrün əsas prioritetləri kimi təqdim edildi.

Azərbaycan-Türkiyə münasibətləri də Forumun əsas siyasi mesajlarından biri idi. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrin bu gün regional təhlükəsizliyin əsas dayaqlarından birinə çevrildiyi bir daha vurğulandı. İki dövlət arasında siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlıq təkcə milli maraqlara deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm model kimi dəyərləndirildi.

“Forumda Avropa İttifaqı və Avropa institutları ilə münasibətlərə dair səsləndirilən fikirlər də diqqət çəkdi. Bir tərəfdən Avropa Komissiyası ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu, digər tərəfdən isə AŞPA-nın Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlar və qərəzli yanaşmalar sərt şəkildə tənqid edildi. Azərbaycan Prezidenti vurğuladı ki, ölkəmiz beynəlxalq tərəfdaşlığa açıq olsa da, milli maraqlar və suverenlik məsələsində prinsipial mövqeyini əsla dəyişmək niyyətində deyil.

ABŞ ilə münasibətlər, strateji tərəfdaşlığın inkişafı və sülh prosesində Vaşinqtonun rolu və eləcə də 907-ci düzəlişin ləğvi ilə bağlı Prezidentin səsləndirdiyi fikirlər bölgəmizdə yeni geosiyasi reallığın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Forumda aparılan müzakirələr regionda sülhün təşviq və təmin olunmasında Azərbaycanın aparıcı rolunu önə çıxardı.

Azərbaycanın "orta güc" statusuna dair Prezident İlham Əliyevin fikirləri Forum iştirakçılarında xüsusi maraq doğurdu. Prezident vurğuladı ki, çağdaş dünyada dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, beynəlxalq proseslərə təsir imkanları, beynəlxalq münasibətlərdə etibarlılığı ilə ölçülür. Bu baxımdan Azərbaycanın geniş potensialı beynəlxalq birliyə məlumdur. Belə ki, Qoşulmama Hərəkatı, COP29, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda ölkəmizin qazandığı nüfuz Azərbaycanın öz siyasəti ilə regional çərçivələri aşan siyasi aktora çevrildiyinin sübutudur”, - deyə deputat diqqətə çatdırıb.

O hesab edir ki, IV Şuşa Qlobal Media Forumu sadəcə media platforması deyil, ölkəmizin xarici siyasət prioritetlərinin, iqtisadi strategiyasının, enerji diplomatiyasının, qlobal və regional təhlükəsizlik problemlərinə baxışının və beynəlxalq münasibətlərə yanaşmasının təqdim olunduğu mühüm siyasi platforma kimi yadda qaldı.




Baxış sayı: 125
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031