Azərbaycan D8-ə üzv olmasına çox önəm verir.
Fact-info.az Report-a istinadən xəbər ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan bu qurumun tam hüquqlu üzvüdür:
"Azərbaycan D8-ə üzv olmasına çox önəm verir. Bütün D-8 ölkələrinin üzvlərinə bu təşəbbüsü dəstəklədiklərini üçün təşəkkür edirəm. Bu gün Media Mükəmməllik Mərkəzi artıq tam olaraq fəaliyyətə başlayıb. Ümid edirik ki, D8 ölkələri Media Mükəmməllik Mərkəzindən fəal istifadə edəcəklər".
O qeyd edib ki, Prezidentin rəhbərliyi altında Azərbaycanın bu təsisatı yaratmaq təşəbbüsünü və səylərini dəstəklədiklərinə görə bütün D-8 üzvü olan ölkələrə də minnətdarlığını bildirir.
"Bu gün bütün üzv ölkələrin yekdil dəstəyi ilə D-8 Mükəmməllik Mərkəzinin tam fəaliyyətə başladığını söyləməkdən məmnunluq duyuram".
O inandığını bildirib ki, D-8 Mükəmməllik Mərkəzi jurnalistlərin və media nümayəndələrinin, yəni üzv ölkələrin bütün digər ölkələrindən olan media təmsilçilərinin qarşılıqlı fəaliyyəti üçün bir platforma rolunu oynayacaq:
"Hesab edirik ki, media təlimləri, həmçinin media sahəsində əməkdaşlıq və media qurumlarımız arasında dəyərli qarşılıqlı fəaliyyət prioritetlər sırasında olacaqdır. Bununla yanaşı, dezinformasiya ilə mübarizə, süni intellekt alətlərinin mediaya tətbiqi və Mükəmməllik Mərkəzi tərəfindən təqdim edilmiş konsept sənədinə əsaslanan digər bəzi sahələr də bir çox başqa prioritetlər arasında yer alacaq".
Baxış sayı: 145
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
