FACT-INFO.AZ » QHT » “Resurs” ADPU-nun Quba filialında tədbir keçirdi
13-07-2026, 14:30 | QHT
“Resurs” ADPU-nun Quba filialında tədbir keçirdi

“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsi çərçivəsində növbəti tədbirini Quba rayonda ADPU-nun Quba filialında keçirib. Tədbiri giriş sözü ilə açan “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsinin icrasına cəlb olunmuş əməkdaşı Qismət İsmayılov 44 günlük Vətən Müharibəsində əldə olunan hərbi zəfərdən, müharibə dövründə xalqın Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşək, Müzəffər ordumuzun torpaqlarımızın azad edilməsində göstərdiyi qəhrəmanlığından danışdı. Bildirdi ki, Vətən müharibəsində igidlik göstərən vətən oğullarının şücaəti milyonlarla insanlara qələbə sevincini yaşatdı. Bu qələbə tarixin yaddaşına əbədi həkk olunub. İllər, əsrlər keçsə də qazanılan hərbi qələbə yaddaşlardan silinməyəcək, Gələcək nəsillər böyük qürurla və fərəhlə parlaq hərbi zəfəri qeyd edəcəklər.

Q.İsmayılov gənc nəsli vətənə, dövlətə bağlılıq ruhunda böyüməsinin, tərbiyə olunmasının vacibliyini söylədi və tədbir iştirakçılarını bu istiqamət də maarifləndirmə işinin təşkilində fəal olmağa çağırdı.

Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərə imza atdığını söylədi.

ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan səlahiyyətlərini icra edən Nübar Bayramova, 44günlük Vətən Müharibəsində böyük zəfərə imza atan Azərbaycan xalqının işğaldan azad edilən ərazilərin qurulmasında, cənnətə çevrilməsində böyük fədakarlıq, yüksək əzmkarlıq göstərdiyini söylədi: “Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlir. Tikinti, təmir və bərpa işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Biz işğaldan azad edilən ərazilərə qayıtmışıq və əbədi olaraq da o yerlərdə yaşayacağıq”.

Tədbirdə çıxış edən Universiteti tələbələri Mələk İbrahimova, Zəhra Qasımova, şəhid Aqil Məlikovun həyat yoldaşı, ADPU-nun Quba filialının akademik məsləhətçi Günel Məlikova, Universitetin kitabxanasının müdiri Samirə Hacıyeva, Quba rayonu ikinci Nügədi kənd kitabxanasının müdiri Fərəh Tacıyeva və digərləri 44 günlük Vətən Müharibəsi tariximizin ən şanlı səhifəsi olduğunu bildirdilər. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbə dünyanın hərb tarixinə qızıl hərflərlə yazılacaq və heç zaman yaddaşlardan silinməyəcək.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Natiq




Baxış sayı: 105
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031