ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-də İrana qarşı həyata keçirilən yeni zərbə dalğasını başa çatdırıb. Komandanlıq bildirib ki, İranın Hörmüz boğazından keçən beynəlxalq gəmilərə hücum imkanlarını zəiflətmək məqsədilə dəqiq sursatlardan istifadə olunaraq ölkənin müxtəlif bölgələrində onlarla hədəf vurulub.
Fact-info.az xəbər verir ki, bu barədə CENTCOM-un bəyanatında bildirilib.
Qeyd olunub ki, əməliyyat zamanı ilk dəfə olaraq ABŞ-nin qırıcı təyyarələri, hərbi dəniz qüvvələrinin gəmiləri, dəniz dronlarından istifadə edilib. Zərbələr nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, sahil radar məntəqələri, raket və dron imkanları, eləcə də kiçik qayıqlar hədəfə alınıb.
“Beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazı İranın nəzarətində deyil. ABŞ qüvvələri İranın davam edən əsassız təcavüzünə, təqiblərinə, təhdidlərinə və məsuliyyətsiz bəyanatlarına baxmayaraq, kommersiya gəmiçiliyi üçün naviqasiya azadlığını təmin etməyə hazırdır”, – deyə bəyanatda vurğulanıb.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
