Biz Azərbaycan hökuməti ilə Strateji Tərəfdaşlıq Xartiyasında göstərilən prioritet sahələr, o cümlədən regional əlaqə, iqtisadi investisiya, enerji, təhlükəsizlik əməkdaşlığı və süni intellekt üzərində işləməyə davam edirik.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.
Xartiyanın icrası ilə bağlı qeyd olunub ki, iyun ayında keçirilən Bakı Enerji Həftəsində ABŞ və Azərbaycan arasında imzalanan kritik minerallar üzrə Anlaşma Memorandumu mədənçilik, emal və kəşfiyyat sahələrində əməkdaşlığı əhatə edir.
“Dövlət Departamentinin İqtisadiyyat, Enerji və Biznes məsələləri üzrə köməkçi katibi Keyleb Orr, həmçinin ilk ABŞ–Azərbaycan İqtisadi Dialoquna həmsədrlik edib. Dialoq çərçivəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq sazişləri, eləcə də ümumi dəyəri 8 milyard dollara yaxın olan kommersiya müqavilələri imzalanıb. Bundan əlavə, ABŞ Dövlət Departamentinin Kiber və Rəqəmsal Siyasət Bürosunun rəhbərliyi ilə Azərbaycanda “Süni İntellekt Həftəsi”nin keçirilməsi elan olunub”, - deyə açıqlamada vurğulanıb.
Baxış sayı: 90
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
