FACT-INFO.AZ » AKTUAL » Jurnalist ekstremal şəraitdə
8-06-2017, 08:20 | AKTUAL
Jurnalist ekstremal şəraitdə

Deməli, yeni xəbər sorağındayıq. İndiki informasiya bolluğunda bizi ən çox narahat edən, həm də düşündürən cəbhə bölgəsindən verilən xəbərlərdir. Bu məlumatları toplayıb yayan jurnalistlərdir. Onların sayəsində cəbhədə baş verən hadisələrdən xəbərdar oluruq. Razı qaldığımız da olur, narazı qaldığımız da.

Hazırda informasiya işinin təşkili xüsusi aktuallıq kəsb edir. AzərTAc-ın sədri Aslan Aslanovun təbirincə desək, burada müxtəlif siyasi baxışların, fərqli ideologiyaların, ideoloji mübarizə və təxribatların, bir sözlə, "informasiya müharibəsi"nin də özünəməxsus yeri vardır.

Təəssüf ki, informasiya daşıyıcılarının yaydıqları qeyri-dəqiq informasiyalar bəzən həqiqəti üstələyir. Elə buna görə də jurnalistikanı "doğru, həm də yalan informasiya"  adlandıranlar var. Məsələn, rus jurnalistikası tədqiqatçısı T.Zasorina bu fikirdədir. Onun fikri birmənalı qarşılanmasa da, hər halda az da olsa, həqiqətə yaxındır. Qəzet səhifələrini, internet saytlarını mənbəyi olmayan xəbərlərlə dolduran bəzi jurnalistlər bu peşəni hörmətdən salırlar. Xüsusilə də ekstremal şəraitdə işləyən jurnalistlərin verdikləri mənbəyi məlum olmayan informasiyalar insanlar arasında vahimə, çaşqınlıq yaradır. Bu üzdəniraq "jurnalistlərdən" fərqli olaraq əsl jurnalistika vicdanlılıq, məsuliyyət, dəqiqlik, qərəzsizlik prinsiplərinə söykənərək ictimai rəyə təsir edən güclü təsisatlardan biri kimi insanların şüur və əqidəsinin formalaşmasında, onların əmək və yaradıcılığının gücləndirilməsində böyük işlər görür. M.Ə.Rəsulzadə yazırdı ki, mətbuat ümumi siyasi təşkilatları təbliğata dəvət edən, ümuma nicat verən siyasət üzərində nəzarətçi kütləvi təbliğat vasitəsidir. Ictimai fikri həyəcana gətirib formalaşdırandır.

Belə ki, əvvəlki illərə nisbətən jurnalistlərin ekstremal şəraitdəki fəaliyyəti daha böyük əhəmiyyət kəsb edir. Çünki Ermənistanla müharibə şəraitində olduğumuzdan mütəmadi olaraq düşmən atəşkəsi pozur, sərhəd bölgəsində yaşayan insanları qorxu altında saxlamağa çalışır.

Jurnalistlər hər gün sərhəd bölgəsindən məlumatlar verməli olurlar. Ekstremal hallardan  hazırlanmış jurnalist yazılarında bir sıra qanun pozuntularına rast gəlmək mümkündür. Bu da ondan irəli gəlir ki, bəzən təcrübəsiz jurnalistlər cəbhə bolgəsinə ezam olunurlar. Jurnalisti təhlükəli yerlərə göndərmək hazırlıqsız əsgəri ön cəbhəyə göndərmək kimi bir şeydir.

Deməli, ekstremal hallarda səhih məlumatların çatdırılması bir də onunla bağlıdır ki, jurnalistlərimiz peşəkarlıq göstərə bilmirlər. Bəzən jurnalist cəbhə bölgəsində baş verən hadisə ilə bağlı məlumatı ilk çatdırmağa səy göstərir, daha onun dəqiqliyinə bir o qədər də fikir vermir.

2014-cu ilin avqust ayında döyüş bölgəsində yaranan gərginliyi yadımıza salaq. Qəzetlərdə, o cümlədən bəzi sayıtlarda baş alıb gedən, naşı və yanlış xəbərlər düşmən tərəfə xeyli kortəbii informasiya vermiş oldu. Nəticədə Ermənistanda bizim sosial şəbəkələrə istinadən xeyli mənfi rəy yayıldı. Vəziyyətin belə hal alması ölkə rəhbərliyini də narahat etdi. Odur ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında 2014-cü il sentyabrın 24-də sərəncam imzaladı.

Sərəncama əsasən:

a Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidmət ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması.

a Sosial şəbəkələrin imkanlarından daha səmərəli istifadə edilməsini, bu məqsədlə mətbuat xidmətlərinin işçiləri üçün muvafiq təkmilləşdirmə kurslarının təşkili.

a KİV-də və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqinin keçirilməsi nəzərdə tutuldu.

Sərəncamda, həmçinin Mətbuat Şurasına tövsiyə olundu ki, hərbi sahədə milli təhlükəsizliyə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə KİV-lər və əhali arasında təbliğat - izahat işini təşkil etsin.

Prezidentin sərəncamından sonra hərbidən yazan jurnalistlərlə bağlı bir sıra tədbirlər keçirildi. Mətbuat Şurasının keçirdiyi tədbirlərdə hərbi jurnalistikanın vəziyyəti müzakirə olundu, nöqsanlar göstərildi, onların aradan qaldırılması yolları müəyyənləşdi.

Ekstremal şəraitdə fəaliyyət göstərən jurnalistlər Azərbaycan Respublikasının KİV-ə dair qəbul etdiyi qanunları  bilməlidir. Çünki həmin qanunlarda jurnalistin söz və mətbuat azadlığı ilə bağlı nəyi yaya bilmək hüququ aydın təsbit olunub.  Ekstremal vəziyyətlə bağlı ədəbiyyatda  ekstremal şəraitin üç qrupu göstərilir:

a Birinci qrup, sözsüz ki, təbii fəlakətlər və qəzalar, hərbi əməliyyat zonaları, fövqəladə vəziyyət elan olunmuş yerlər.

a Ikinci qrup vətəndaş ixtişaşları, mitinq və nümayişlər.

a Üçüncü qrup isə nisbətən zəif xarakterli məsələlərdir.

Bu üç qrupun içərisində ən təhlükəlisi hərbi əməliyyat zonalarıdır. Təbii ki, hər bir dövlət müharibə zonasından verilən xəbərlərə biganə qala bilməz. Çünki belə xəbərlər milli təhlükəsizliklə bağlıdır.  Bir yersiz, düşünülməmiş söz, xəbər düşmən üçün göydəndüşmə ola bilər. Alman filosofu İohann Şefler deyirdi ki, "söz ilə öldürmək də olar, xilas etmək də, söz ilə bir ordunu ardınca aparmaq olar, tək-tənha qalmaq da". Odur ki, ən demokratik ölkələr belə, özlərinin milli təhlükəsizlik qaydına qalaraq döyüş bölgəsindən verilən informasiyalara bacardıqları qədər nəzarət etməyə çalışır.

Bəzən jurnalist heç kəsdən icazə almadan sərhəd bölgəsindən material hazırlamaq üçün çəkiliş aparır, bu da istər-istəməz narazılığa səbəb olur. Məsələn, 2014-cü ildə Xəzər TV-nin əməkdaşı atəşkəsin ermənilər tərəfindən mütəmadi pozulduğu Tərtərin Qapanlı kəndindən reportaj hazırlayarkən Azərbaycan ordusunun zabitləri çəkiliş aparmağa icazə verməyib. Sual olunur, zabit haqlıdırmı? Əlbəttə, haqlıdır. Müdafiə Nazirliyinin icazəsi olmadan sərhəd bölgəsində çəkiliş aparmaq olmaz. Burada bir məsələyə də xüsusi diqqət yetirmək vacibdir. Əgər jurnalist sərhəd bölgəsində zabitdən və ya əsgərdən müsahibə alırsa, müsahib əmin olmalıdır ki, KİV nümayəndəsi ümumi işə xidmət edir. Yəni jurnalistin peşə marağı ilə dövlətin milli təhlükəsizlik məsələsi üst-üstə düşür. 

Etiraf edək ki, Azərbaycanda hərbi jurnalistika çox zəifdir. Bəzən yayılan dezinformasiyalar da bununla bağlıdır. Qeyri peşəkarlar özləri də bilmədən bir çox hallarda dövlət sirrini yayırlar. Peşəkarlıq baxımından hərbçi jurnalistlərlə, hərbidən yazan mülki jurnalistlər arasında böyük fərq var. Ona çalışmaq lazımdır ki, Azərbaycanda hərbi jurnalistlərin sayı artırılsın. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində jurnalist peşəkarlığı öyrədilir. Amma sırf hərbi jurnalist hazırlanmır. Görünür, bu məsələni gündəmə gətirib ona nail olmaq lazımdır.

"Ekstremal jurnalistika" Birliyinin sədri İdrak Abbasov Rusiya-Gürcüstan müharibəsində çəkilişlər aparıb, ekstremal şəraitin ən ciddi variantını yaşayıb.        İ.Abbasov da haqlı olaraq qeyd edir ki, Azərbaycanın təhsil müəssisələrində jurnalistlərin ekstremal şəraiti ilə bağlı təlim prosesi yoxdur. Bəli, BDU-nun Jurnalistika fakültəsində informasiya təhlükəsizliyi ilə bağlı seçmə fənn keçirilir. Lakin jurnalistlərin ekstremal şəraitdə özlərini necə aparmaları, nəyə diqqət yetirmələri, "Ekstremal jurnalistika"nın nəzəri və təcrübi məsələri barədə qısaca məlumat verilir ki, bu da bugünkü tələblər baxımından azdır. İ.Abbasov onu da bildirir ki, Gürcüstan Rusiya ilə savaşda çoxlu sayda jurnalist itirdikdən sonra bu sahədə ciddi iş gördü.  Ölkənin Müdafiə Nazirliyi müharibə şəraitində işləmək istəyən jurnalistləri toplayıb təlim keçdi.

2014-cü ilin məlum avqust hadisələrindən sonra Azərbaycanda da hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları təşkil olundu. "Dinc Dünya" Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, Mətbuat Şurası, Müdafiə Nazirliyi tərəfindən dəstəklənən "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi" layihəsi həyata keçirildi. Layihə ekstremal şəraitdə işləyən jurnalistlərin özünü qoruması, cəmiyyətə çatdırılan informasiyaların necə yazılmasının öyrədilməsi, etibarlılığı məqsədi daşıyır. Təlimin praktik hissəsi isə poliqonda yekunlaşdı. Layihənin rəhbəri "Ekstremal jurnalistika" sahəsində mütəxəssis Əlisəfa Mehdiyev bu barədə deyir ki, jurnalistlərin bu istiqamətdə təcrübə toplaması olduqca vacibdir. Eyni zamanda, məqsəd mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasıdır. Təlimdə iştirak edən BDU-nun Jurnalistika fakültəsinin tələbələri də ekstremal şəraitdə davranış metodları ilə yanaşı, müharibə zonasından informasiya toplamaq qaydaları ilə ətraflı tanış oldular, poliqonda isə müharibə nəfəsini duydular, top səsi, mərmi səsi eşitdilər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, yazılı mediadan fərqli olaraq, sosial şəbəkələrin imkanlarından lazımi səviyyədə istifadə olunmur. Bəzi jurnalistlərin, blogerlərin cəbhəboyu zonadakı vəziyyət barədə məlumatlarında çoxlu əsassız fikirlər yer alır. Mətbuatın azad olması o demək deyil ki, nə istəsəm, yazaram. Bir dənə yanlış məlumatı digərləri ağına-bozuna baxmadan yayır, müharibə şəraitində yaşadığımızı unudurlar. Məsələn, hərbi hissələrin birində Ermənistanın xeyrinə casusluq və terror aktlarının hazırlanmasında bir qrup Azərbaycan vətəndaşı - hərbçi və mülki şəxslərin həbs edilməsi xəbəri gündəmi silkələdi. Saytlar bu xəbəri yayandan az sonra internet istifadəçilərinin bir çoxu onları vətən xaini adlandırdı. Bu da başa düşüləndir. Lakin məhkəmə olmamış, cinayətlərin dərəcəsi müəyyənləşməmiş hamısına vətən xaini damğası vurmaq düzgün deyil. Hər halda, məhkəmənin qərarından sonra hər şey aydın olacaq. Düşmənin xeyrinə casusluq edənlər, arxasında duranlar ən yüksək cəzaya layiqdirlər və Azərbaycan xalqı belə bir cəzanın verilməsini gözləyir.

Bu xoşagəlməz hadisə ordumuzun döyüş əhval-ruhiyyəsinə və döyüş qabiliyyətinə təsir edə bilməz. Aprel döyüşləri ordumuzun parlaq qələbəsini və Azərbaycan dövlətinin gücünü göstərdi.

Son günlər cəbhədə ağır itkilər verən düşmən bütün gücünü informasiya müharibəsinə verib. Azərbaycan dilində saytlar açır, olmazın yalanlarını, böhtanlarını tirajlayırlar. Bu yaxınlarda Facebook sosial şəbəkəsində yaratdıqları "Hərbi media" da bu məqsədə xidmət edir. "İsti press"in məlumatına görə, Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşır. Bunu bildirməkdə məqsədimiz ayıq-sayıq olmaqdır.

Azərbaycan jurnalistləri cəbhə bölgəsində baş verən hadisələri ictimaiyyətə çatdırarkən yüksək peşəkarlıq, vətəndaş mövqeyi və prinsipiallıq nümayiş etdirməlidir.

Akif RÜSTƏMOV
BDU-nun dosenti 

 

 

 




Baxış sayı: 1 820
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Bu gün, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930