FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb
8-07-2026, 10:00 | SİYASƏT
Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb

Beynəlxalq hüquq və ortaq prinsiplər bu gün təhlükəsizliyimizin ən həssas sahələrində hər gün sınaq qarşısındadır. Kibermühit artıq həmin sahələrin ön sıralarında dayanır. Əgər ATƏT məkanında təhlükəsizlik qaydalara əsaslanan nizam üzərində qurulursa, bu prinsip dövlətlərimizin iqtisadi, sosial və institusional dayanıqlığını təmin edən rəqəmsal infrastruktura da eyni dərəcədə şamil edilməlidir.

Uzun illər təhlükəsizlik anlayışı fiziki sərhədlərin qorunması ilə əlaqələndirilirdi. Bu gün isə dövlətlərin müdafiə etməli olduğu yeni bir sərhəd mövcuddur – rəqəmsal sərhəd.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyasında “Beynəlxalq hüquq və ortaq prinsiplər: ATƏT məkanında təhlükəsizlik və əməkdaşlıq üçün təməl” mövzusunda keçirilən ümumi debatlar çərçivəsində deyib.

O, bildirib ki, artıq bir kiberhücum, bir güllə belə atılmadan, həyati əhəmiyyət daşıyan xidmətlərin fəaliyyətini iflic edə, iqtisadi sabitliyi poza və cəmiyyətin dövlət institutlarına olan etimadını sarsıda bilər. Bu səbəbdən kibertəhlükəsizlik artıq texniki məsələ deyil, milli təhlükəsizliyin, dövlət suverenliyinin və strateji dayanıqlığın ayrılmaz tərkib hissəsidir. ATƏT məkanında əsas sual artıq kiberhücumların baş verib-verməyəcəyi deyil. Əsas məsələ dövlət institutlarımızın bu çağırışlara qarşı kifayət qədər dayanıqlı, çevik və hazırlıqlı olub-olmamasıdır.

Deputat qeyd edib ki, Azərbaycan üçün kibertəhlükəsizlik rəqəmsal suverenliyin möhkəmləndirilməsi və milli dayanıqlığın artırılması üzrə ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Həyata keçirilən strateji yanaşma ondan irəli gəlir ki, müasir dünyada dövlətlər təkcə təbii resurslar və bazarlar uğrunda deyil, eyni zamanda, texnologiyalar, məlumat və süni intellekt sahəsində üstünlük uğrunda da rəqabət aparırlar.





Baxış sayı: 100
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30