FACT-INFO.AZ » SİYASƏT » NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?
7-07-2026, 12:30 | SİYASƏT
NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

Dünyanın müxtəlif bölgələrində müharibələrin davam etdiyi və qlobal arenada qüvvələr nisbətinin sürətlə dəyişdiyi bir zamanda Ankarada NATO sammiti keçirilir. Qlobal miqyasda təhlükəsizlik böhranının hökm sürdüyü belə bir dövrdə NATO sammiti dünyanın mühüm siyasi hadisələrindən biri kimi qlobal diqqət mərkəzindədir.

Rusiya–Ukrayna və ABŞ – İsrail - İran müharibələri göstərdi ki, qlobal təhlükəsizlik bölünməz anlayışdır və dünyanın hər hansı bir bölgəsində baş qaldıran münaqişə qlobal sistemin bütün üzvlərinə öz təsirini göstərir. O cümlədən, bu gün Avropada baş verən hadisələri yalnız Avropanın problemi kimi təsbit etmək doğru yanaşma kimi qəbul edilə bilməz. Hər hansı bir regionda baş verən silahlı qarşıdurma qısa müddətdə qlobal enerji bazarlarına, beynəlxalq nəqliyyat marşrutlarına, ərzaq təhlükəsizliyinə, maliyyə sisteminə və bütövlükdə beynəlxalq siyasi münasibətlərə təsirsiz ötüşmür. Məhz bu kontekstdə dünya yeni qlobal təhlükəsizlik modelinin formalaşdırılması zərurəti ilə üzləşir.

Belə bir şəraitdə NATO-nun da dəyişən reallıqlara uyğunlaşmaq zərurəti meydana çıxır. Odur ki, Alyansın bu günkü gündəliyində yalnız klassik hərbi məsələlər yox, yeni təhlükələrə yeni yanaşma ilə bağlı məsələlər də daxil olur. Enerji təhlükəsizliyi və qeyri-qanuni miqrasiya kimi ənənəvi mövzularla yanaşı hibrid müharibələr, informasiya manipulyasiyaları, kibertəhlükəsizlik və süni intellekt texnologiyalarının müdafiə sahəsində tətbiqi kimi ciddi məsələlər də NATO çərçivəsində əsas müzakirələr sırasına daxil olur. Ankara sammitinin əsas əhəmiyyəti də məhz bu yeni təhlükəsizlik gündəliyinin müəyyənləşdirilməsindən ibarətdir.

Sammitin Türkiyədə keçirilməsi də siyasi baxımdan olduqca mühüm faktdır. Son illər Türkiyə regional proseslərin iştirakçısından daha çox onların istiqamətini müəyyən edən dövlətlərdən birinə çevrilib. Qara dənizdən Yaxın Şərqə, Cənubi Qafqazdan Aralıq dənizinədək uzanan geniş coğrafiyada Ankaranın iştirakı olmadan ciddi təhlükəsizlik məsələlərinin həlli demək olar ki, mümkün deyil. Bu gün Türkiyə NATO daxilində yalnız güclü ordusu ilə deyil, siyasi iradəsi, müstəqil qərarları və artan müdafiə sənayesi potensialı ilə seçilir. Yerli hərbi texnologiyaların inkişafı, müasir silah sistemlərinin istehsalı və döyüş təcrübəsi Ankaranın Alyans daxilindəki mövqeyini daha da gücləndirib. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər artıq Türkiyəni XXI əsrin yeni geosiyasi güc mərkəzlərindən biri kimi qiymətləndirirlər.

Azərbaycan üçün də bu sammit xüsusi maraq doğurur. Ölkəmiz NATO-nun üzvü olmasa da, uzun illər ərzində Alyansla qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri qurub. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, peşəkar kadr hazırlığı və müasir idarəetmə sisteminin tətbiqi nəticəsində ordumuz regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Bu gün Azərbaycan Ordusunun qazandığı təcrübə və malik olduğu imkanlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycanın həyata keçirdiyi uğurlu təhlükəsizlik siyasəti ölkəmizi regionda sabitliyin əsas təminatçılarından birinə çevirib. Bakı hər zaman beynəlxalq hüquqa söykənən əməkdaşlığın, qarşılıqlı etimadın və təhlükəsizlik naminə dialoqun tərəfdarı kimi çıxış edib. Bu mövqe Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi isə bu əməkdaşlığın ilkin və əsas şərti kimi qiymətləndirilə bilər. Qardaş ölkələr arasında formalaşmış yüksək etimad, ortaq siyasi iradə və hərbi əməkdaşlıq artıq regional təhlükəsizlik modelinin mühüm amillərindən birinə çevrilib. Birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərində koordinasiya iki ölkənin gücünü daha da artırır.

Məhz buna görə Ankarada keçirilən NATO sammitinin nəticələri Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Türkiyənin Alyans daxilində güclənən mövqeyi regionumuzun təhlükəsizlik maraqlarının müdafiəsinə əlavə imkanlar yaradır və Türkiyə ilə bərabər Cənubi Qafqazın da beynəlxalq geosiyasi əhəmiyyətini daha da artırır.

Dünya yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə güclü olan yalnız güclü silaha malik olan dövlət deyil, həm də strateji baxışı, etibarlı tərəfdaşları və milli maraqlarını qlobal proseslərlə uzlaşdırmaq bacarığı olan ölkədir. Ankara sammiti də məhz bu yeni reallığın siyasi ifadəsidir. Burada qəbul olunacaq qərarlar təkcə NATO-nun gələcəyini deyil, bütövlükdə Avroatlantik məkanın və qonşu regionların təhlükəsizlik perspektivlərini müəyyənləşdirəcək. Türkiyənin bu proseslərdə oynadığı aparıcı rol, Azərbaycanın isə etibarlı strateji tərəfdaş kimi artan nüfuzu göstərir ki, regionumuz artıq qlobal siyasətin kənarında deyil, onun mühüm mərkəzlərindən birində yer alır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

7 iyul 2026-cı il




Baxış sayı: 165
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30