FACT-INFO.AZ » QHT » Ömür yolunu hüquq elminə həsr edən insan
7-07-2026, 12:00 | QHT
Ömür yolunu hüquq elminə həsr edən insan
Bu gün Azərbaycan hüquq ictimaiyyətinin tanınmış nümayəndələrindən biri, Əməkdar hüquqşünas, hüquq doktoru, vəkil və Böyük Vətən müharibəsi veteranı Teymur Əlibaba oğlu İsmiyevin anadan olmasının ildönümüdür.
      1922-ci il iyunun 7-də Kürdəmir şəhərində dünyaya göz açan Teymur İsmiyev ömrü boyu doğulduğu yurdun adını ləyaqətlə təmsil etmiş, zəngin fəaliyyəti ilə Azərbaycan hüquq elminin və vəkillik institutunun inkişafına mühüm töhfələr vermişdir. Kürdəmir torpağının yetişdirdiyi ziyalılardan biri kimi o, peşəkarlığı, prinsipial mövqeyi və dövlətə sədaqəti ilə yadda qalmışdır.
      Orta təhsilini başa vurduqdan sonra II Dünya müharibəsinin ağır illərində Vətənin müdafiəsinə yollanan Teymur İsmiyev cəbhədə göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Müharibədən sonra isə ali hüquq təhsili alaraq həyatını hüquq sahəsinə həsr etmiş, uzun illər ərzində vəkil, alim və hüquqşünas kimi səmərəli fəaliyyət göstərmişdir.
      Moskva Dövlət Hüquq İnstitutunda təhsil alan Teymur İsmiyev hüquq elmi sahəsində də məhsuldar fəaliyyət göstərərək elmi araşdırmalar aparmış, hüquqi düşüncənin inkişafına öz töhfəsini vermişdir. Onun peşəkar fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası fəxri adına layiq görülmüşdür.
      Teymur İsmiyev həm müharibə veteranı, həm də hüquq sahəsinin nüfuzlu nümayəndəsi kimi cəmiyyət arasında böyük hörmət qazanmışdır. O, 2005-ci ildə vəfat etsə də, zəngin irsi və peşəkar fəaliyyəti Azərbaycan hüquq tarixində özünəməxsus yer tutur.
      Bu əlamətdar gündə Kürdəmirin yetirdiyi görkəmli ziyalılardan biri olan Teymur İsmiyevin əziz xatirəsini ehtiramla yad edir, onun ölkəmizin hüquq sisteminin inkişafı və gənc hüquqşünasların formalaşması istiqamətində xidmətlərini minnətdarlıqla xatırlayırıq.
      Doğma Kürdəmirin yetişdirdiyi belə şəxsiyyətlər regionun zəngin intellektual irsinin, vətənpərvərlik ənənələrinin və milli dəyərlərinin parlaq təcəssümüdür. Teymur İsmiyevin həyat yolu bugünkü və gələcək nəsillər üçün Vətənə sədaqətin, elmə bağlılığın və peşəkarlığın nümunəsi olaraq yaşayacaq.
Tədqiqatçı Nuralı İsmayılov 



Baxış sayı: 115
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30