FACT-INFO.AZ » XƏBƏR » “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
7-07-2026, 12:00 | XƏBƏR
“Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans

UNEC Zaqatala filialının 10 illik yubileyi və “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans uğurla başa çatıb.

3–4 iyul 2026-cı il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının yaradılmasının 10 illik yubileyi münasibətilə “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Zaqatala şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar konfrans çərçivəsində təşkil olunmuş sərgi ilə tanış olublar. Tədbir zamanı UNEC Zaqatala filialının 10 illik fəaliyyətinə həsr olunmuş “The Driving Force of Regional Development: UNEC Zaqatala Branch” kitabının təqdimatı keçirilib.

Konfransın rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca filialın yaranmasının 10 illiyinə həsr olunmuş, onun inkişaf yolunu, əldə etdiyi nailiyyətləri və həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş etdirilib.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov regional ali təhsil müəssisələrinin inkişaf perspektivlərindən, rəqəmsallaşmanın ali təhsil sistemində yaratdığı yeni imkanlardan və UNEC Zaqatala filialının ötən 10 il ərzində qazandığı uğurlardan bəhs edib.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında UNEC Zaqatala filialının regionda ali təhsilin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək filial kollektivini 10 illik yubiley münasibətilə təbrik edib.

Açılış mərasimində çıxış edən rəsmi qonaqlar, ali təhsil müəssisələrinin rəhbərləri və elm ictimaiyyətinin nümayəndələri filialın regionda ali təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi və insan kapitalının formalaşdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək kollektivə uğurlar arzulayıblar.

UNEC Zaqatala filialının direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov çıxışında filialın ötən on il ərzində keçdiyi inkişaf yolundan, əldə olunan akademik nailiyyətlərdən, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmi fəaliyyət istiqamətində görülmüş işlərdən bəhs edib, qarşıdakı dövr üçün əsas inkişaf prioritetlərini diqqətə çatdırıb.

Yubiley tədbirləri çərçivəsində filialın maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində həyata keçirilmiş yeni layihələr təqdim olunub. Yeni yaradılmış Turizm Otağının, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Məsud Əfəndiyevin adını daşıyan auditoriyanın və Regional İnnovasiya Mərkəzinin açılışı həyata keçirilib. İstifadəyə verilən yeni tədris məkanları tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Konfrans çərçivəsində “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada UNEC Zaqatala filialının direktoru, i.f.d., dosent Raqif Qasımov, UNEC-in rektoru, professor Ədalət Muradov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, həmçinin digər regional ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müzakirələr zamanı “Rəqəmsallaşma dövründə regional universitet modeli: UNEC Zaqatala təcrübəsi”, “Regional ali təhsilin inkişafı və insan kapitalının gücləndirilməsi”, “Regional universitetlərin yeni missiyası: təhsil, innovasiya və regional inkişaf” mövzuları ilə yanaşı, regional universitetlərin yerli əməkdaşlığı, kadr hazırlığı, tələbə cəlbi, beynəlmiləlləşmə və regionların davamlı inkişafındakı rolu ilə bağlı aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində “Regional universitetlərin inkişafında universitet–dövlət–biznes tərəfdaşlığı” mövzusunda panel sessiyası da keçirilib. Panelin moderatoru Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov olub.

Panel sessiyasında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, Şəki–Zaqatala Regional Məşğulluq filialının Balakən rayon xidmət şöbəsinin region müdiri Pərvin Bayramova, Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov və Balakən rayonu üzrə KOB dostu Rafiq Şabanov məruzələrlə çıxış ediblər.

Sessiya zamanı yerli icra hakimiyyəti orqanları ilə regional universitetlər arasında əməkdaşlığın hüquqi əsasları, əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarının formalaşdırılması, turizm sektorunda məzun kompetensiyalarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, universitet–biznes əməkdaşlığının inkişafı və kiçik və orta biznes subyektləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Konfransın ikinci günü panel iclasları və beynəlxalq workshoplarla davam edib. “Regional Universitetlər üçün Beynəlxalq Qrantlar və Layihələrin Hazırlanması” mövzusunda keçirilən workshopun moderatoru İsveçin Umea Universitetinin dosenti Könül Kərimova olub.

Workshop çərçivəsində Macarıstanın Szeged Universitetinin elmi işçisi İjtihadi Kamillia və Qazaxıstanın Pavlodar Pedaqoji Universitetinin dosenti Aigul Akhmetova beynəlxalq qrant proqramları, layihələrin hazırlanması, regional universitetlərin beynəlxalq əməkdaşlıq imkanları və uğurlu layihələrin idarə olunması sahəsində məruzələrlə çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşüblər. Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, beynəlxalq layihələrə qoşulma perspektivləri və regional ali təhsil müəssisələrinin qlobal əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yubiley tədbirləri çərçivəsində UNEC Zaqatala filialı ilə bir sıra tərəfdaş qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb. UNEC Zaqatala filialı, Azərbaycan HR İnstitutu, Şəfa Regional Tibb Mərkəzi və Səngər Qala Resort Otel Kompleksi arasında imzalanmış memorandumlar təhsil, elm və istehsalat sahələrində əməkdaşlığın genişləndirilməsi, tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, istehsalat təcrübəsinin təşkili və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Konfrans çərçivəsində yerli və xarici alimlər, tədqiqatçılar və ekspertlər tərəfindən müxtəlif istiqamətlər üzrə elmi məruzələr təqdim olunub, rəqəmsallaşma, regional inkişaf, innovasiya, ali təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq əməkdaşlıq istiqamətlərində aktual məsələlər ətrafında geniş elmi müzakirələr aparılıb.

Beynəlxalq elmi-praktiki konfransa elm ictimaiyyəti tərəfindən böyük maraq göstərilib. Ümumilikdə 310 məqalə müəllifindən müraciət daxil olub, elmi ekspertiza və seçim prosesinin nəticələrinə əsasən 288 məqalə təqdimat üçün qəbul edilib. Bu göstərici konfransın yüksək elmi səviyyəsini, mövzunun aktuallığını və beynəlxalq elmi əməkdaşlığa artan marağı bir daha təsdiqləyib.

İki gün davam edən beynəlxalq elmi-praktiki konfrans regional ali təhsil müəssisələrinin inkişafı, rəqəmsallaşma şəraitində universitet modelinin təkmilləşdirilməsi, elm–təhsil–biznes əməkdaşlığının gücləndirilməsi və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm platforma olmaqla öz işini uğurla başa çatdırıb.




Baxış sayı: 155
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30