Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalovanın “Xaqani Şirvani yaradıcılığına konseptual baxış (ərəbcə irsi əsasında)” kitabı nəşr olunub.
Bu barədə Fact-info.az-a Ədəbiyyat İnstitutundan məlumat verilib.
Xaqani Şirvaninin 900 illik yubileyi münasibətilə hazırlanmış kitabın daha da təkmilləşdirilmiş forması olan bu nəşrdə şairin ərəbcə əsərlərinin öyrənilməsində əhəmiyyətli hesab olunan Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İrlandiya kitabxanalarının fondlarındakı əlyazmalara münasibət bildirilib. Həmin əlyazmaların köməyi ilə Azərbaycanda ilk dəfə olaraq, şairin ərəbcə yazdığı əsərlərin küll halında elmi-tənqidi mətni hazırlanıb və kitabın sonuna əlavə edilib.
Kitabın elmi redaktorları akademik Rafael Hüseynov və filologiya elmləri doktoru, professor Aida Qasımovadır. Ön sözün müəllifi də akademik Rafael Hüseynovdur. Rəyçiləri filologiya elmləri doktorları, professorlar İmamverdi Həmidov və Fəridə Əzizovadır. Layihə rəhbəri Xanım Aydındır.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
