Böyük Britaniya hökuməti Rusiyanın kimyəvi silah proqramının hazırlanmasında iştirak edən alimlərə və elmi-tədqiqat müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi xəbər verir ki, sanksiyalar 2018-ci ildə İngiltərənin Solsberi şəhərində keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsddə istifadə olunan “Noviçok” sinir-iflic maddəsinin hazırlanmasında iştirak edən şəxsləri və qurumları əhatə edir. Həmin hadisə nəticəsində təsadüfən zəhərlənən britaniyalı Don Sturcess həyatını itirmişdi.
Yeni məhdudiyyətlərə, həmçinin Rusiya müxalifətinin tanınmış simalarından Aleksey Navalnıya qarşı istifadə olunduğu bildirilən “Epibatidin” toksininin hazırlanmasında iştirak edən şəxslər də daxil edilib.
Sanksiyalar yeddi fiziki şəxs və iki elmi-tədqiqat institutunu əhatə edir. Məhdudiyyətlər çərçivəsində onların aktivləri dondurulub və Böyük Britaniyaya girişlərinə qadağa qoyulub.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
