FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib
6-07-2026, 21:00 | MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin yaradıcılığına həsr olunmuş “Məni axtar darıxanda” adlı ədəbi-bədii gecə keçirilib.

Bu barədə Fact-info.az-a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir İlqar Fəhminin çoxşaxəli yaradıcılığı, dramaturgiya, poeziya və publisistika sahəsində qazandığı uğurlar, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb. O bildirib ki, müəllifin əsərləri dərin fəlsəfi məzmunu, milli-mənəvi dəyərlərə söykənən ideyaları və özünəməxsus bədii üslubu ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Müəllifin əsərləri Azərbaycan ədəbi fikrinin mühüm nümunələri olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, söz sənətinin və muğam mədəniyyətinin təbliğində də xüsusi əhəmiyyət daşıyır.

Gecədə tanınmış xanəndələr İlqar Fəhminin qəzəllərinə muğam nümunələrini ifa edib, qiraət ustaları müəllifin şeirlərindən və dramaturji əsərlərindən seçilmiş parçaları səsləndiriblər. Həmçinin onun yaradıcılığı motivləri əsasında hazırlanmış səhnə kompozisiyaları təqdim olunub.

Gecənin ən yaddaqalan məqamlarından biri isə onun müəllifin öz aparıcılığı ilə keçirilməsi olub.

İlqar Fəhmi çıxışında yaradıcılıq yolundan, əsərlərinin ərsəyə gəlmə tarixçəsindən, poeziya və dramaturgiyaya baxışından, sənətin insan həyatındakı rolundan söz açıb. O, müxtəlif dövrlərdə qələmə aldığı əsərlərlə bağlı maraqlı xatirələrini və düşüncələrini tamaşaçılarla bölüşüb.

Sənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq gecəsi tamaşaçılara zəngin mənəvi-estetik təəssüratlar bəxş edib.

 




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30