FACT-INFO.AZ » AKTUAL » Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir”
6-07-2026, 15:00 | AKTUAL
Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir”

Yenicə çapdan çıxan “Laçının elmlər doktorları və dövlət xadimləri”  (2026) kitabı pedaqoji elmlər doktoru, professor Müseyib İlyasov və tarix elmləri doktoru, professor  Şikar Qasımovun böyük əməyinin bəhrəsidir. Uca dağlar qoynunda yerləşən, hər daşı bir tarix olan Laçının dövlətçilik, elm və mədəniyyət tariximizdəki silinməz izi bu əsərdə bir daha öz təsdiqini tapır. Uzun illər işğal altında qalsa da, ruhu sarsılmayan Laçın, bu gün öz intellektual pasportu ilə bütöv Azərbaycanın elm və mədəniyyət mühitinə möhtəşəm bir dönüş edir. 


Kitabın “Laçının tarixi, yaxud özü bir tarix olan Laçın” adlı birinci fəslində əzəli və əbədi türk yurdu olan bu qədim diyarın minillik şərəfli keçmişinə elmi nəzər salınır. Əsaslandırılır ki,  Laçın sadəcə xəritədə bir coğrafi məkan deyil, özü bütöv bir canlı tarixdir, real dövlətçilik məktəbidir. Bu fəsildə Laçın əsrlər boyu keçilməz sıldırım qayaları, sarsılmaz qala divarları ilə Azərbaycanın geosiyasi və strateji qalası, eyni zamanda milli təfəkkürümüzü, folklorumuzu və mədəniyyətimizi yaşadan bütöv bir sivilizasiya ocağı kimi təqdim edilir.


Əsərin “Dövlətçiliyin, elmin və təhsilin ilk fədailəri” adlı ikinci fəsli bizi Azərbaycanın milli intibah, istiqlal və maarifçilik tarixinə aparan möhtəşəm bir salnamədir. Müəlliflər bu fəsildə sadəcə tarixi şəxsiyyətlərin bioqrafiyasını təqdim etmir, həm də onların timsalında Laçının Azərbaycanın intellektual, siyasi və hərbi elitasının formalaşmasındakı tarixi rolunu ilkin qaynaqlarla sübuta yetirirlər.


Fəsildə obrazı canlandırılan şəxsiyyətlərdən biri – Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri və Qarabağın general-qubernatoru kimi çətin bir tarixi sınaq dönəmində ərazi bütövlüyümüzü və suverenliyimizi qoruyan, Laçının dövlətçiliyimizə bəxş etdiyi ən böyük sərkərdələrdən olan Xosrov bəy Sultanovdur. Onun Qarabağda separatizmin qarşısını polad iradəsi ilə kəsməsi və apardığı hərbi-siyasi mübarizə bu gün də hər birimiz üçün dövlətçilik dərsidir.


Eyni zamanda bu fəsildə Cümhuriyyət dövründə təhsilimizin inkişafına dəyərli töhfələr vermiş, Maarif və dini etiqad naziri olmuş laçınlı Nurməmməd bəy Şahsuvarovun fədakarlığı ilə tanış oluruq. O, məktəblərin milliləşdirilməsi, ana dilində dərsliklərin hazırlanması və savadsızlığın ləğv edilməsində göstərdiyi misilsiz xidmətlərlə milli təhsil strategiyamızın banilərindən biri kimi təqdim olunur.


Bu fəsildə, həmçinin ən unikal təhsil ocaqlarından olan Qori Müəllimlər Seminariyasının məzunu, milli maarifimizin ilk fədailərindən olan Müseyib İlyasovun parlaq obrazı ilə qarşılaşırıq. Onun timsalında xalqın cəhalətdən qurtulması, milli maarifçilik ideyalarının dağlar qoynundan bütün Azərbaycana yayılması yolunda ömrünü şam kimi əritmiş əsl xalq müəlliminin fəaliyyəti  ilə tanış oluruq. Bu fəsildən aydın olur ki,  Laçın sadəcə qəhrəmanlar yurdu deyil, həm də dövlət quran, millət formalaşdıran böyük zəkalar və fədailər beşiyidir.


Əsərin “Elmin və dövlətçiliyin zirvəsinə ucalanlar” adlı üçüncü fəslində Laçının yetişdirdiyi, çoxşaxəli fəaliyyətləri ilə ümummilli miqyasda zirvəyə ucalmış şəxsiyyətlərin bioqrafiyası elmi və metodoloji şəkildə şərh olunur. Müəlliflər bu fəsildə Laçın torpağının təkcə regional deyil, bütövlükdə respublika səviyyəsində elmi fikrin və dövlət idarəçiliyinin inkişafına necə böyük töhfələr verdiyini konkret nümunələrlə diqqətə çatdırırlar. Burada adları çəkilən fədakar insanlar öz elmi potensialları və yüksək ictimai fəaliyyətləri ilə Laçın adını hər zaman ən uca və mötəbər kürsülərə daşımışlar.


Fəsildə fundamental elmin zirvəsində dayanan, mexanika və riyaziyyat sahəsində öz elmi məktəbini yaratmış, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Məhəmməd Mehdiyevin və respublikamızda iqtisadiyyat elminin, xüsusən də demoqrafiya və insan potensialı sahəsinin inkişafında müstəsna xidmətləri olan AMEA-nın müxbir üzvü Şahbaz Muradovun zəngin elmi irsi geniş şəkildə təhlil edilir.


Eyni zamanda fəsildə elmi təfəkkürlə praktiki idarəçiliyin vəhdətini özündə birləşdirən, uzun illər dövlət idarəçiliyində zəngin təcrübə qazanmış Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Muradxan Cabbarovun dövlətçilik fəaliyyəti, regionların sosial-iqtisadi və mədəni yüksəlişindəki fədakar xidmətləri yüksək qiymətləndirilir.


Kitabın “Elmlər doktorları və professorlar” adlı dördüncü fəsli Laçın torpağının Azərbaycan elminə bəxş etdiyi işıqlı zəkalara – elmlər doktorları və professorlara həsr olunub. Burada Xasay Cabbarov, Ağkərim Əliyev, Şirindil Alışanov, Muxtar Həmzəyev, Müseyib İlyasov,      Şikar Qasımov, İlham Kazımov, Maarif Cəfərov, Zöhrab Qarayev, Eldar Əliyev, Eldar Süleymanov, Rəşad Muradov, Eldar Vəliyev, Tofiq Şahsuvarov, Knyaz Məmmədov, Ziyadxan Nəbibəyli, Muğan Quliyev, kimi alimlərin, həmçinin elmdə öz sözünü demiş qadın ziyalılarımızdan: Solmaz Məhərrəmova, Sevinc Əliyeva, Səbinə Qarayeva və Pərvanə İsayevanın elmi irsi araşdırılıb.


Əsərin “Dövlət İcra strukturunda çalışanlar” adlanan beşinci fəsli müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesində, dövlət idarəçiliyi sisteminin formalaşması və möhkəmlənməsində Laçın idarəçilik məktəbinin oynadığı müstəsna rol və tutduğu özünəməxsus yer diqqətə çatdırır. Müəlliflər göstərirlər ki, Laçın torpağı təkcə böyük alimlər deyil, həm də ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətçilik kursuna hər zaman sədaqətlə xidmət edən, dövlət maraqlarını uca tutan yüksək ixtisaslı kadrlar və peşəkar rəhbərlər yetişdirmişdir.


Fəsildə ayrı-ayrı vaxtlarda respublikamızın müxtəlif bölgələrində icra hakimiyyəti başçısı və digər yüksək rəhbər vəzifələrdə çalışmış, dövlətin idarəçilik mexanizminin uğurla həyata keçirilməsində yaxından iştirak etmiş Xanlar Məmmədov, Elbrus Təhmazov, Sevindik Hətəmov, Aqil Nəzərli, Akif Səlimov, Ramiz Cəbrayılov, Azər Məmmədov və Zakir Cabbarov kimi şəxsiyyətlərin çoxşaxəli dövlətçilik fəaliyyəti ətraflı işıqlandırılır. Müəlliflər bu təcrübəli idarəçilərin dövlətə və xalqa göstərdikləri sədaqətli xidməti, onların idarəçilik keyfiyyətlərini yüksək qiymətləndirirlər.


Kitabın “Qanunvericilik orqanlarında çalışanlar” adlı altıncı fəsli Azərbaycanın parlamentarizm tarixinə, milli qanunvericilik və dövlətçilik ənənələrinə Laçın ziyalılarının, ictimai xadimlərinin verdiyi töhfələr işıqlandırılır. Müəlliflər bu fəsildə müxtəlif tarixi dövrlərdə xalqın böyük etimadını qazanaraq qanunverici orqanlara seçilmiş, həm sovetlər dönəmində, həm də müstəqillik illərində xalqın səsini ən uca kürsülərdən bəyan etmiş laçınlı deputatlar haqqında dolğun bioqrafik oçerklər və tarixi faktlar təqdim edirlər. Fəsildə adları ehtiramla çəkilən hər bir şəxsiyyət təkcə qanunvericilik prosesində deyil, həm də dövlət rəmzlərinin, milli maraqlarımızın qorunmasında və qəbul edilən tarixi qərarlarda yaxından iştirak edərək parlament tariximizin qürurverici simalarına çevrilmişlər.


Müstəqillik dövründə Azərbaycan Respublikasının Milli Məclisində Laçını və bütövlükdə dövlətimizi layiqincə təmsil edən, qanunyaradıcılığı prosesdə fəal mövqe nümayiş etdirmiş Rövşən Muradov, Müşfiq Məmmədov, Mahir Abbaszadə, Səlim Səlimov və Nazim Fərəcov kimi millət vəkillərinin ictimai-siyasi fəaliyyəti fəsildə geniş şəkildə təhlil olunur. Bununla yanaşı, fəsildə sovetlər dönəmində Azərbaycan SSR Ali Sovetinin deputatları olmuş, öz əməksevərliyi, cəsarəti və xalqa bağlılığı ilə seçilən Şərqiyyə Vəliyeva, Familə Həşimova, İsgəndər İsgəndərov və Mirzə Cabbarov kimi simaların fəaliyyətinə xüsusi yer verilir.


Kitabın yeddinci və səkkizinci fəsillərində müasir Azərbaycanın ictimai-siyasi həyatında, partiya quruculuğunda və əmək salnaməsində silinməz izlər qoymuş şəxsiyyətlərin fəaliyyəti işıqlandırılmaqla yanaşı, Laçının dünəni ilə bu günü arasında məntiqi əlaqə yaradılır.


Bu fəsillərdə ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyin bariz nümunəsi kimi, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasovun regionun ictimai-siyasi həyatındakı səmərəli və məqsədyönlü fəaliyyəti, partiyanın yerli strukturlarının möhkəmlənməsindəki xidmətləri geniş şəkildə şərh olunur. Bununla paralel olaraq, öz halal və təmiz əməyi, zəhməti ilə hələ sovetlər məkanında Laçının adını, şan-şöhrətini uca zirvələrə qaldırmış fədakar əmək adamı Cabbar Cabbarovun keçdiyi şərəfli ömür yolu yüksək ehtiramla diqqətə çatdırılır.


Aqillər çox haqlı olaraq deyirdilər ki, torpaq bağrından süzülən bərəkəti ilə, xalq isə bəşəriyyətə bəxş etdiyi, yetişdirdiyi dahi şəxsiyyətləri ilə tanınır. Digər bir fəlsəfi hikmətdə isə vurğulanır ki, əslində bəşər tarixi ayrı-ayrı böyük insanların tərcümeyi-hallarının məntiqi vəhdətindən ibarətdir.


Bu baxımdan yanaşdıqda, professorlar Müseyib İlyasov və Şikar Qasımovun “Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı yalnız Laçın torpağında doğulmuş məşhur simaların, alimlərin və dövlət adamlarının fərdi bioqrafiyalarının məcmusu deyil. Bu əsər, bütövlükdə gələcəkdə yazılacaq fundamental Laçın rayonunun böyük bioqrafiyasına, onun intellektual və mənəvi salnaməsinə verilmiş ən dəyərli və unikal töhfədir!


                                                                            

  

                                                   Fərrux Rüstəmov

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi



 


 


 

 




Baxış sayı: 725
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30