FACT-INFO.AZ » SİYASƏT » BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır
6-07-2026, 14:30 | SİYASƏT
BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır

İyulun 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fact-info.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, gələn il Azərbaycan ilə BMT arasında əməkdaşlığın qurulmasının 35 illiyi qeyd olunacaq və bu əlamətdar tarix tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Tərəflər ölkəmizin qlobal çağırışların həllinə töhfə vermək istiqamətində fəal rolunu vurğulayaraq, Azərbaycanın son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, xüsusilə COP29-un və Ümumdünya Şəhər Forumunun yüksək səviyyədə təşkilinin çoxtərəfli əməkdaşlığa verilən önəmin göstəricisi olduğunu bildiriblər. Bu çərçivədə, 2026-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanmasının BMT sistemi ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırdığı qeyd olunub. Eyni zamanda, Azərbaycanın gələcəkdə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolundan, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, Orta Dəhlizin artan əhəmiyyətindən, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı, o cümlədən “C6” əməkdaşlıq formatı çərçivəsində yaranan yeni imkanlardan bəhs olunub.

Regional təhlükəsizlik məsələlərinə toxunan nazir postmünaqişə dövründə bölgədə yaranmış reallıqlar, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışan nazir dayanıqlı sülhün təmin olunması üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

BMT-nin yeni rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib, BMT-nin ölkə ilə əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30