FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək
6-07-2026, 13:30 | SİYASƏT
Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas istiqamətlərindən biri rəqəmsal transformasiya, innovasiya və süni intellekt əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Cari ilin fevral ayında dövlətimizin başçısının sədrliyi ilə keçirilən müşavirədə qəbul olunmuş qərarlar ölkənin rəqəmsal gələcəyini müəyyən edən strateji yol xəritəsini formalaşdırdı.

Bu fikirləriMilli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Deputat qeyd edib ki, bu baxımdan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Şura dövlət siyasətinin vahid koordinasiya əsasında həyata keçirilməsini, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsini, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsini və innovasiya əsaslı iqtisadi modelin inkişafını təmin edəcək mühüm institusional mexanizmdir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin texnoloji inkişafı baxımından strateji əhəmiyyət daşıyan sənəddir: “Sənəddə dövlət idarəetməsinin rəqəmsallaşdırılması, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və innovasiya ekosisteminin inkişafı üzrə kompleks hədəflər müəyyən edilib. Cari il iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası göstərdi ki, Azərbaycan artıq rəqəmsallaşmaya yalnız elektron xidmətlərin genişləndirilməsi kimi yanaşmır. Qarşıya qoyulan məqsədlər ölkənin qlobal texnologiya ekosisteminə inteqrasiyası, beynəlxalq investorlar üçün cəlbedici innovasiya mühitinin yaradılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsini nəzərdə tutur”.

Rizvan Nəbiyev əlavə edib ki, Fəaliyyət Planında beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub. Müasir dövrdə rəqəmsal inkişaf ölkələrin iqtisadi rəqabət qabiliyyətini, investisiya cəlbediciliyini və texnoloji potensialını müəyyən edən əsas göstəricilərdən biridir. Buna görə də, beynəlxalq standartlara uyğun rəqəmsal mühitin formalaşdırılması Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

“Sənəddə rəqəmsal inkişaf sahəsində qanunvericilik bazasının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi də xüsusi yer tutur. Süni intellekt, kibertəhlükəsizlik, texnologiya transferi, vençur kapitalı, innovasiya məhsulları və startap ekosistemi üzrə müasir hüquqi mexanizmlərin yaradılması ölkənin beynəlxalq texnologiya bazarına inteqrasiyasını sürətləndirəcək.

Diqqətçəkən istiqamətlərdən biri də Azərbaycanın regional innovasiya və texnologiya mərkəzinə çevrilməsi məqsədidir. Beynəlxalq vençur fondlarının cəlb edilməsi, "Fondlar Fondu" modelinin tətbiqi, innovativ məhsulların dövlət satınalmalarında təşviqi, açıq dövlət məlumatlarının biznes üçün əlçatanlığının artırılması və beynəlxalq investorlar üçün hüquqi mexanizmlərin sadələşdirilməsi ölkədə innovasiya ekosisteminin inkişafına ciddi təkan verəcək”, - deyə o vurğulayıb.

R.Nəbiyev qeyd edib ki, Fəaliyyət Planında ilk dəfə olaraq "Rəqəmsal Səyyah" (Digital Nomad Visa) vizasının tətbiqinin nəzərdə tutulması da xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs yüksəkixtisaslı xarici mütəxəssislərin, proqramçıların və innovasiya sahəsində çalışan peşəkarların Azərbaycana cəlb edilməsinə, insan kapitalının zənginləşməsinə və ölkənin beynəlxalq texnologiya məkanında mövqeyinin güclənməsinə xidmət edəcək.

Onun sözlərinə görə, sənəddə beynəlxalq maliyyə inteqrasiyası da mühüm istiqamətlərdən biri kimi müəyyən edilib: “Startapların və texnologiya şirkətlərinin beynəlxalq ödəniş sistemlərinə çıxışının asanlaşdırılması, rəqəmsal xidmət ixracının genişləndirilməsi və maliyyə əməliyyatlarının sadələşdirilməsi Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına əlavə imkanlar yaradacaq.

Kibertəhlükəsizlik sahəsində nəzərdə tutulan tədbirlər də xüsusi diqqətə layiqdir. Beynəlxalq standartların tətbiqi, sertifikatlaşdırma proqramlarının genişləndirilməsi və milli kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi Azərbaycanın rəqəmsal təhlükəsizlik baxımından etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək”.

Milli Məclisin deputatı hesab edir ki, təhsil sahəsində elektron attestat və diplom sisteminin tətbiqi isə Azərbaycan vətəndaşlarının beynəlxalq təhsil və əmək bazarına inteqrasiyasını asanlaşdıracaq, sənədlərin tanınması prosesini daha çevik və şəffaf edəcək: “Azərbaycanın rəqəmsal inkişaf strategiyası beynəlxalq əməkdaşlıq platformalarında da öz əksini tapır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası rəqəmsal iqtisadiyyat, süni intellekt, innovasiya, data mərkəzləri, kibertəhlükəsizlik və kosmik sənaye sahələrində əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir. Bu sənəd ölkəmizin qlobal texnologiya tərəfdaşlıqlarını genişləndirməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlərdə də rəqəmsal transformasiya prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycan ilə Avropa İttifaqı arasında aparılan dialoq rəqəmsal bağlantılar, süni intellekt, innovasiya və yeni texnologiyalar üzrə əməkdaşlığın genişləndirilməsinə yönəlib. "Global Gateway" təşəbbüsü çərçivəsində nəzərdə tutulan investisiyalar Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal bağlantı mərkəzi kimi rolunu daha da gücləndirəcək”.

Rizvan Nəbiyevin fikrincə, beynəlxalq təcrübə göstərir ki, Estoniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər qabaqcıl ölkələrin uğuru məhz dövlət siyasəti, innovasiya, insan kapitalı və özəl sektor arasında səmərəli əməkdaşlıq hesabına mümkün olub. Azərbaycan da analoji modeli formalaşdırmaq üçün bütün zəruri üstünlüklərə malikdir. Onun sözlərinə görə, ölkənin əlverişli geostrateji mövqeyi, Orta Dəhlizdə artan rolu, inkişaf etmiş nəqliyyat və enerji infrastrukturu, data bağlantıları və dövlət tərəfindən həyata keçirilən ardıcıl islahatlar bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır: “Hesab edirəm ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi yeni prioritetlər Azərbaycanın rəqəmsal transformasiyasını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Qarşıdakı dövrdə institusional islahatların davam etdirilməsi, insan kapitalına investisiyaların artırılması, innovasiya maliyyələşdirilməsi mexanizmlərinin inkişafı və beynəlxalq texnologiya tərəfdaşlıqlarının genişləndirilməsi ölkəmizin Cənubi Qafqazın aparıcı rəqəmsal iqtisadiyyatlarından və regional texnologiya mərkəzlərindən birinə çevrilməsi üçün real imkanlar yaradır. Bu baxımdan, 2026–2028-ci illər üçün Fəaliyyət Planı yalnız rəqəmsallaşma proqramı deyil, həm də Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, ölkəmizin qlobal rəqabət qabiliyyətinin yüksəldilməsinə, innovasiya potensialının gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın yeni mərhələyə keçməsinə xidmət edən fundamental strateji sənəd kimi qiymətləndirilməlidir”. (Azərtac)




Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30