Münaqişələrin davamlı həlli yalnız regional ölkələrin iradəsi və dəstəyi ilə mümkündür. Ankara sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsi naminə qardaş ölkələrlə, xüsusən də Pakistanla həmrəydir.
Fact-info.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında bildirib.
O, Türkiyənin gərginliyi azaltmaq və münaqişələri diplomatik yollarla həll etmək səylərini davam etdirdiyini qeyd edib. “Ankara etnik və dini mənsubiyyətindən asılı olmayaraq regionun bütün sakinləri üçün sülh və təhlükəsizlik mühiti yaratmaqda maraqlıdır”, - deyə Prezident Ərdoğan əmin edib.
Türkiyə lideri Pakistanın vasitəçiliyi ilə əldə edilən ABŞ-İran razılaşmalarını alqışlayıb. “İslamabadın vasitəçiliyi ilə əldə edilən razılaşmalar sayəsində region rahat nəfəs alıb. Danışıqlar çox çətin keçdi, ona görə də dialoqun səmərəliliyinə görə Pakistanı bir daha təbrik etmək istərdim”, - deyə Prezident Ərdoğan bildirib.
Baxış sayı: 100
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
