Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın inkişaf istiqamətlərini özündə əks etdirən Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər.
Mədəniyyət Nazirliyindən Fact-info.az-a bildirilib ki, bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevə yubiley tədbirlərinin keçirilməsi təşəbbüsünə, müvafiq Sərəncamın imzalanmasına, Türk dünyası əməkdaşlığının inkişafına göstərdiyi daimi diqqətə, eləcə də tədbirlərin Bakı və Xankəndi şəhərlərində yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlıq ifadə olunub.
Sənəddə, həmçinin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladıqları təbrik müraciətlərinə görə türk dövlətlərinin başçılarına təşəkkür bildirilib.
Baxış sayı: 120
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
