FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dənizçi şair Səxavət Ənvəroğlunun növbəti kitabı işıq üzü görüb
3-07-2026, 11:30 | MƏDƏNİYYƏT
Dənizçi şair Səxavət Ənvəroğlunun növbəti kitabı işıq üzü görüb

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin üzvü dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar”, “İlham çeşməsi” ədəbi məclisinin üzvü olan S.Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir, sözlərinə mahnılar bəstələnib tanınmış müğənnilər tərəfindən ifa olunur. Müəllifin şeirlərində Vətən, yurd, təbiət sevgisi, ata-anaya hörmət, böyüyə ehtiram yaradıcılığının əsas xəttini təkil edir.

Əvvəlki kitablarda olduğu kimi, bu kitabda da müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər, lirik düşüncələr, 44 günlük II Qarabağ müharibəsində müzəffər ordumuzun qazandığı ugurlardan və canlarını BÜTÖV AZƏRBAYCAN uğrunda qurban verən Vətən şəhidlərinin müqəddəs ruhlarına ehtiramdan yaranan poetik nümunələr, dənizçi ömrünün təəssüratları və həyat müşahidələrini əks etdirən əsərlər bir araya gətirilib. Əsərlərdə Vətənə məhəbbət, insanın mənəvi dünyası, xatirələrin yaşatdığı duyğular, dostluq, sədaqət, ailə dəyərləri və həyatın fəlsəfi məqamları poetik dillə oxucuya təqdim olunur. 

Müəllif əsərlərində həyatın müxtəlif çalarlarını səmimi poetik dillə ifadə edir, mənəvi dəyərlərin qorunmasının vacibliyini önə çəkir. Kitabda yer alan şeirlərdə vətənpərvərlik duyğuları, doğma yurda bağlılıq, insan sevgisi və xeyirxahlıq ideyaları aparıcı xətt təşkil edir.

Müəllif zəngin həyat təcrübəsini səmimi ifadə tərzi ilə birləşdirərək oxucunu duyğular aləminə aparır. 

Şairin dənizçilik həyatı ilə bağlı şeirlərində tənha günlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. Sevgidə etibarı əsas tutan müəllifin saf duyğulardan  yaranmış məhəbbət şeirləri də səmimiyyətlə qələmə alınıb.

Kitaba həmçinin müəllifin qəzəlləri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, şirin-şəkər balaları düşünməyə vadar edən tapmacaları da daxil edilib. 

“Xatirələr ünvanımdır” Səxavət Ənvəroğlunun oxucularla doqquzuncu görüşüdür. İndiyə qədər onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018),  “Gedirəm...” (2020) “Məni bağışla...” (2022), “Xatirələr qocalmır” (2024) və “Gecikmiş məhəbbət” (2025) kitabları işıq üzü görüb. 

Kitabın redaktoru və “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü Anar Məmmədovdur.

İnanırıq ki, müəllifin digər kitabları kimi “Xatirələr ünvanımdır” kitabı da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq.





Baxış sayı: 325
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031