FACT-INFO.AZ » QHT » UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir
3-07-2026, 10:30 | QHT
UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Azərbaycana səfəri zamanı ölkənin ekoloji problemlərin həllinə töhfə verməyə çalışan gənclərinin liderlik keyfiyyətlərini və fəallığını yüksək qiymətləndirib.

İnger Andersen bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

UNEP rəhbəri bildirib ki, dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı onu ən çox təsirləndirən məqamlardan biri ətraf mühit sahəsində fəaliyyət göstərən gənclərin qətiyyəti və enerjisidir.

“Harada oluramsa olum, bir məqam həmişə diqqətimi cəlb edir: Ümumi ekoloji çağırışlarımızın həlli üçün əzm və qətiyyət nümayiş etdirən gənclərin liderliyi, məsuliyyəti və enerjisi”, – deyə o vurğulayıb.

İnger Andersen qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Günü çərçivəsində müxtəlif sahələri təmsil edən gənclərlə görüş keçirib. Onun sözlərinə görə, görüş zamanı iqlim fəaliyyəti sahəsində mövcud çağırışlar və gənc nəslin gələcəyinin qorunmasına xidmət edən həll yolları müzakirə olunub.

UNEP-in icraçı direktoru görüşün Yanar Dağ ərazisində keçirilməsinin ona xüsusi təəssürat bağışladığını da qeyd edib.

“Bakıya bir neçə dəfə səfər etsəm də, nəhayət, “Yanardağ”ı ziyarət etmək və bu əbədi alovları öz gözlərimlə görmək məni çox sevindirdi”, – deyə İnger Andersen bildirib.

O, müxtəlif ixtisaslara yiyələnən gənclərin arzuları, ümidləri və qətiyyətinin söhbət zamanı aydın hiss olunduğunu vurğulayıb.

“Sürətlə dəyişən və daim tələsən dünyada belə anlar xüsusi dəyər daşıyır”, – deyə UNEP rəhbəri əlavə edib.

İnger Andersen sonda görüşün təşkilinə görə IDEA İctimai Birliyinə təşəkkürünü bildirib.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30