FACT-INFO.AZ » CƏMİYYƏT » Akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
3-07-2026, 10:00 | CƏMİYYƏT
Akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
2 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında İcmanın Ziyalılar Şurasının təşkilatçılığı ilə Azərbaycan pedaqogika elminin görkəmli nümayəndəsi, pedaqoji elmlər doktoru, professor, Əməkdar ali məktəb işçisi, akademik Hüseyn Mustafa oğlu Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Akademik Hüseyn Əhmədovun pedaqoji irsi və təhsil tariximiz" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə elm və təhsil ictimaiyyətinin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, akademikin yetirmələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli akademik Hüseyn Əhmədovun Azərbaycan pedaqoji fikir tarixində müstəsna xidmətlərindən bəhs edib. O, bildirib ki, Azərbaycan elminə və təhsilinə mühüm töhfələr vermiş şəxsiyyətlərin yubileylərinin keçirilməsi, onların zəngin irsinin təbliği və xatirəsinin yaşadılması hər bir ziyalının və cəmiyyətin mənəvi borcudur. Qeyd olunub ki, Hüseyn Əhmədov ibtidai sinif müəllimliyindən akademikliyə qədər şərəfli ömür yolu keçərək ölkəmizdə pedaqoji fikir tarixinin əsas tədqiqatçılarından biri, güclü elmi məktəbin banisi kimi tanınıb. Vurğulanıb ki, görkəmli alim Azərbaycanda təhsil tarixinin sistemli şəkildə öyrənilməsinə mühüm töhfələr verməklə yanaşı, Qərbi Azərbaycanın maarif və təhsil tarixinin elmi əsaslarla araşdırılmasının da öncüllərindən olub.
Sonra Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov "Hüseyn Əhmədovun pedaqoji irsi və onun Azərbaycanda pedaqogika elminin inkişafına təsiri" mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Hüseyn Əhmədov XX əsrin ikinci yarısında formalaşmış Azərbaycan pedaqogika elminin görkəmli nümayəndələrindən biri kimi, bütün şüurlu ömrünü milli pedaqoji fikir tarixinin araşdırılmasına həsr edib. Onun keçdiyi zəngin həyat yolu, müəllimlikdən akademikliyə qədər yüksələn elmi fəaliyyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı çoxillik fəaliyyəti və yaratdığı elmi məktəb xüsusi qeyd olunub. Vurğulanıb ki, alim Azərbaycan məktəb tarixinin, xüsusilə XIX əsr məktəb və pedaqoji fikir tarixinin tədqiqi sahəsində fundamental araşdırmalar apararaq bu istiqamətdə yeni elmi məktəb formalaşdırıb. Bildirilib ki, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi nüfuzunun beynəlxalq səviyyədə qəbulunun göstəricisi idi.
Qeyd olunub ki, akademik Hüseyn Əhmədovun müəllifi olduğu "XIX əsr Azərbaycan məktəbi", "Azərbaycan məktəb və pedaqoji fikir tarixi", "Nəriman Nərimanov" və digər fundamental əsərlər Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olub. Onun zəngin elmi irsinin bu gün də pedaqoji fikir tarixinin öyrənilməsində mühüm mənbə kimi aktuallığını qoruduğu diqqətə çatdırılıb.
AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov çıxışında akademik Hüseyn Əhmədovun Azərbaycan pedaqogika elminin görkəmli nümayəndələrindən biri olduğunu bildirib. O, qeyd edib ki, Hüseyn Əhmədov uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində səmərəli elmi-pedaqoji fəaliyyət göstərərək nüfuzlu elmi məktəb formalaşdırıb, rəhbərlik etdiyi kafedranın inkişafında mühüm xidmətlər göstərib. Misir Mərdanov alimin yüksək insani keyfiyyətlərindən, sadəliyindən və prinsipiallığından bəhs edərək, onun rəhbər və alim kimi hər zaman dövlətin və təhsilin maraqlarını üstün tutduğunu vurğulayıb.
Çıxışçı Hüseyn Əhmədovun müəllifi olduğu çoxsaylı fundamental əsərlərin, xüsusilə XIX əsr Azərbaycan məktəb və pedaqoji fikir tarixinə həsr olunmuş tədqiqatların milli təhsil tarixinin öyrənilməsində mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıb. Bildirilib ki, alimin arxiv sənədlərinə əsaslanan araşdırmaları Azərbaycan məktəb tarixinə dair elmi həqiqətlərin üzə çıxarılmasına, bu sahədə mövcud olan yanlış yanaşmaların aradan qaldırılmasına mühüm töhfə verib. Professor Misir Mərdanov vurğulayıb ki, akademik Hüseyn Əhmədovun zəngin elmi irsi bu gün də tədqiqatçılar üçün etibarlı mənbə olmaqla yanaşı, milli pedaqogika elminin inkişafında öz əhəmiyyətini qoruyub saxlayır.
Digər çıxış edənlər –Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, ADPU-nun prorektoru, professor Asəf Zamanov, ADPU-nun Ümumi pedaqogika kafedrasının professoru İramin İsayev, ADPU-nun Təhsil menecmenti kafedrasının professoru, pedaqogika elmləri doktoru, Əməkdar müəllim professor Müseyib İlyasov, ADPU-nun Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Quliyeva, ADPU-nun Ümumi psixologiya kafedrasının professoru, psixologiya elmləri doktoru, Əməkdar müəllim, professor Ramiz Əliyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun Elm-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, Əməkdar müəllim professor İbrahim Bayramov akademik Hüseyn Əhmədovun Azərbaycan elminə və təhsilinə misilsiz xidmətlərindən, zəngin elmi irsindən, yüksək insani keyfiyyətlərindən, tələbələrinə və gənc alimlərə göstərdiyi qayğıdan bəhs ediblər. Bildirilib ki, Hüseyn Əhmədov bütöv bir pedaqoji məktəb formalaşdıraraq Azərbaycan təhsil tarixinin sistemli şəkildə araşdırılmasına yeni istiqamət verib, milli pedaqoji fikir tarixinin öyrənilməsində silinməz iz qoyub.
Natiqlər xüsusilə vurğulayıblar ki, akademik Hüseyn Əhmədov Qərbi Azərbaycanın maarif və təhsil tarixinin elmi müstəvidə araşdırılmasına mühüm töhfələr verib, bu istiqamətdə apardığı fundamental tədqiqatlarla milli təhsil tariximizin öyrənilməsində yeni səhifə açıb. Onun yetişdirdiyi alimlər nəsli və zəngin elmi irsi bu gün də Azərbaycan pedaqogika elminin inkişafına xidmət edir.
Sonda çıxış edən akademikin oğlu, Təhsil İnstitunun şöbə müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyr Əhmədov tədbirin təşkilinə görə Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib. O qeyd edib ki, akademik Hüseyn Əhmədovun zəngin elmi irsinin daha geniş təbliği məqsədilə ona həsr olunmuş xüsusi internet saytı yaradılır və həmin platformada alimin otuz cildlik əsərləri, elmi araşdırmaları, arxiv materialları və həyat yoluna dair məlumatlar yerləşdiriləcək.
Tədbir çərçivəsində akademik Hüseyn Əhmədovun həyat və fəaliyyətindən bəhs edən sənədli filmdən fraqmentlər nümayiş etdirilib.
Baxış sayı: 285
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub
Dünən, 18:30
Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib
Dünən, 17:30
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Dünən, 17:30
Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib
Dünən, 12:00
Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır
Dünən, 10:30
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Dünən, 10:00
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
Dünən, 10:00
Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb
Dünən, 09:30
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Dünən, 09:30
Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
15-10-2026, 21:00
BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür
15-10-2026, 20:30
Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50
15-10-2026, 20:00
Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib
15-10-2026, 19:30
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb
15-10-2026, 18:00
Baku Declaration adopted
15-10-2026, 17:30
Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır
15-10-2026, 09:30
Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub
15-10-2026, 09:00
“Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb
15-10-2026, 09:00
Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb
15-10-2026, 08:30
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
14-10-2026, 21:00
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
14-10-2026, 17:30
Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub
14-10-2026, 11:00
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir
14-10-2026, 11:00
İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur
14-10-2026, 10:00
Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar
14-10-2026, 10:00
Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək
14-10-2026, 09:30
Kiyev ballistik raketlərlə vurulub, ölənlər var
14-10-2026, 09:00
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
13-10-2026, 20:30
Şair, publisist Ağatahir Cəbirli yazır: Ana Yurdum, sən ey nurlu səhərim!
13-10-2026, 20:05
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
13-10-2026, 19:30
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
