FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ
2-07-2026, 19:30 | SİYASƏT
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana həyata keçirdiyi son işgüzar səfər, təkcə diplomatik protokol çərçivəsində baş tutan növbəti görüş kimi deyil, həm də dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan strateji çəkisinin təsdiqi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevlə keçirilən danışıqlarda enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji, rəqəmsal transformasiya, regional əməkdaşlıq və Azərbaycan-Ermənistan sülh prosesi kimi məsələlərin geniş müzakirə olunması onu göstərir ki, tərəflər artıq münasibətlərə daha geniş geosiyasi prizmadan yanaşırlar.

Son illər dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər Avropa İttifaqını yeni tərəfdaşlar və etibarlı əməkdaşlıq platformaları axtarmağa vadar edib. Xüsusilə enerji təhlükəsizliyi, alternativ nəqliyyat marşrutlarının yaradılması və regional sabitliyin təmin olunması Avropa üçün prioritet məsələlərə çevrilib. Məhz bu fonda Azərbaycanın oynadığı rol daha aydın görünür. Ölkə yalnız enerji ixracatçısı deyil, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm logistika mərkəzi kimi çıxış edir.

Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət bu gün öz real nəticələrini verir. Müxtəlif siyasi bloklarla qarşıdurmadan uzaq, qarşılıqlı hörmət və milli maraqlar prinsipi üzərində qurulan diplomatik xətt, ölkəmizi etibarlı tərəfdaş statusuna yüksəldib. Avropa Komissiyası rəhbərliyinin Bakıya ardıcıl səfərləri də təsadüfi deyil. Bu, Avropa İttifaqının regiona münasibətində praqmatik yanaşmanın gücləndiyini və Azərbaycanın geostrateji əhəmiyyətinin daha dolğun qiymətləndirildiyini göstərir.

Xüsusilə Ursula Fon der Lyayenin Azərbaycanı "strateji tərəfdaş" adlandırması siyasi baxımdan mühüm mesaj hesab edilə bilər. Bu ifadə sadəcə diplomatik nəzakət deyil, Avropa İttifaqının Azərbaycanı uzunmüddətli və etibarlı tərəfdaş kimi qəbul etdiyini nümayiş etdirir. Ənənəvi enerji sahəsində uğurlu əməkdaşlığın artıq yaşıl enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və nəqliyyat dəhlizləri kimi istiqamətlərə də genişlənməsi, münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.

Bu kontekstdə Zəngəzur dəhlizinin və Orta Dəhlizin əhəmiyyəti xüsusi diqqət çəkir. Avropa üçün Şərq-Qərb nəqliyyat bağlantılarının gücləndirilməsi yalnız iqtisadi maraq deyil, həm də geosiyasi təhlükəsizliyin mühüm elementidir. Azərbaycan isə bu marşrutların əsas iştirakçısı kimi Avrasiyanın yeni iqtisadi xəritəsində mühüm mövqe tutur. Məhz buna görə də Avropa İttifaqının regiondakı layihələrə marağı təkcə bugünkü ehtiyaclardan deyil, gələcək strateji planlardan da qaynaqlanır.

Digər mühüm məqam isə Avropa İttifaqının Azərbaycan-Ermənistan normallaşma prosesinə daha fəal maraq göstərməsidir. Sərhədyanı ərazilər üçün ayrılması nəzərdə tutulan maliyyə dəstəyi bölgədə etimad mühitinin formalaşdırılması istiqamətində müsbət addım sayıla bilər. Bununla yanaşı, regionda davamlı sülhün əsas təminatçısı yenə də tərəflərin siyasi iradəsi və beynəlxalq hüququn prinsiplərinə hörmət olaraq qalır. Xarici dəstək yalnız bu prosesi tamamlayan vasitə ola bilər.

Azərbaycan postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramları həyata keçirir. Mina təhlükəsinin aradan qaldırılması, infrastrukturun qurulması, Böyük Qayıdış proqramının icrası ölkənin öz imkanları hesabına reallaşdırdığı ən iri layihələr sırasındadır. Beynəlxalq tərəfdaşların bu istiqamətdə göstərəcəyi dəstək təqdirəlayiq olsa da, Azərbaycanın indiyədək nümayiş etdirdiyi siyasi iradə və iqtisadi potensial, ölkənin əsas yükü öz üzərinə götürdüyünü göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Avropa Komissiyası Prezidentinin Bakıya səfəri sıradan diplomatik hadisə deyil. Bu səfər dəyişən dünya düzənində Azərbaycanın artan siyasi nüfuzunun, iqtisadi imkanlarının və regional liderlik mövqeyinin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. Əgər tərəflər qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar prinsiplərinə sadiq qalmağı bacarsalar, Azərbaycan–Avropa İttifaqı münasibətləri yaxın illərdə daha da dərinləşəcək və bu əməkdaşlıq təkcə iki tərəf üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avrasiya məkanında sabitlik və inkişaf üçün mühüm amilə çevriləcəkdir.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30