FACT-INFO.AZ » CƏMİYYƏT » Vətənə sədaqətin və qəhrəmanlığın simvolu
2-07-2026, 09:00 | CƏMİYYƏT
Vətənə sədaqətin və qəhrəmanlığın simvolu

Tural Yadulla oğlu Eyyubov 2 iyul 1992-ci ildə Kürdəmir rayonunun Mollakənd kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərinin bir hissəsini ailəsi ilə birlikdə Rusiyada keçirmiş, ibtidai təhsilini orada almışdır. 2005-ci ildə Vətənə qayıdaraq Bakı şəhəri Nəsimi rayonundakı 240 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmiş, 2009-cu ildə məktəbi bitirmişdir.

Həmin il Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olmuş və 2013-cü ildə ali təhsilini uğurla başa vurmuşdur.

Ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanan Tural Eyyubov 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmiş, daha sonra Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirərək leytenant hərbi rütbəsinə yüksəlmişdir. O, xidmət etdiyi bütün dövrlərdə peşəkarlığı, nizam-intizamı və Vətənə sonsuz sevgisi ilə seçilmişdir.

Tural Eyyubovun vətənpərvərliyi yalnız hərbi xidmətində deyil, şəxsi həyatında da öz əksini tapmışdı. O, ailə qurduğu gün toy mərasiminə Azərbaycan Dövlət Bayrağına bürünərək daxil olmuş, Vətən sevgisini həyatının ən xoş günündə də nümayiş etdirmişdi. Bu görüntü sonralar onun həyat yolunun rəmzinə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan leytenant Tural Eyyubov Füzuli və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə böyük şücaət göstərmişdir. O, ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan döyüşlərdə komandir kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, şəxsi igidliyi ilə silahdaşlarına nümunə olmuşdur.

25 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenant doğulduğu Kürdəmir rayonunda böyük ehtiramla dəfn edilmişdir. Toyunda Azərbaycan bayrağına bürünən Tural Eyyubov son mənzilə də üçrəngli Dövlət Bayrağına sarılı vəziyyətdə yola salınmışdır. Bu, onun ömrünün Vətən sevgisi ilə başlayıb Vətən sevgisi ilə başa çatmasının rəmzi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə leytenant Tural Eyyubov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Tural Yadulla oğlu Eyyubov öz şərəfli ömrü, yüksək mənəvi keyfiyyətləri və qəhrəmanlığı ilə Azərbaycanın igid zabitləri sırasında əbədi yaşayacaq. Onun əziz xatirəsi Kürdəmir camaatının, Azərbaycan xalqının və gələcək nəsillərin yaddaşında daim ehtiramla anılacaq.

Tədqiqatçı Nuralı İsmayılov




Baxış sayı: 160
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30