FACT-INFO.AZ » XƏBƏR » Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olunub
1-07-2026, 17:30 | XƏBƏR
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olunub

Türk dünyasının tarixi, etnogenezi və dövlətçilik ənənələri ilə bağlı araşdırmaları ilə tanınan yazıçı və tədqiqatçı Yunus Oğuzun "Türk Etnonimi ve Töreleri" adlı kitabı Türkiyə oxucularının ixtiyarına verilib.

Bilgə Tonyukuk Yayınları tərəfindən nəşr olunan kitabda müəllif türk etnoniminin mənşəyi, türk xalqının formalaşması və qədim tarixinin müxtəlif aspektlərini araşdırır. Əsərdə qeyd olunur ki, bu gün türklərin harada meydana gəlməsi və inkişaf etməsi ilə bağlı iki əsas nəzəriyyə mövcuddur. Müəllif xüsusilə XIX əsrdən etibarən formalaşmış və uzun illər əsas elmi yanaşma kimi təqdim edilən nəzəriyyəyə fərqli  münasibət sərgiləyir.

Kitabda bildirilir ki, keçmiş Çar Rusiyası və daha sonra Sovet İttifaqının siyasi təsiri nəticəsində türklərin ana vətəninin yalnız Orta Asiya olduğu barədə yanaşma geniş yayılıb. Müəllif bu nəzəriyyənin siyasi amillərin təsiri altında ön plana çəkildiyini vurğulayaraq, türk tarixinin daha geniş coğrafi və tarixi kontekstdə araşdırılmasının vacibliyini önə çəkir.

Yunus Oğuz əsərdə türklərin etnik kimliyi, qədim adət-ənənələri, dövlətçilik və töre sistemi ilə bağlı müxtəlif mənbələrə istinad edir, oxuculara alternativ elmi baxış təqdim etməyə çalışır.

"Türk Etnonimi ve Töreleri" kitabı türk tarixini, etnologiyasını və mədəni irsini araşdıran tədqiqatçılar, tarixçilər, tələbələr və türk dünyasının keçmişi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.




Baxış sayı: 115
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30