FACT-INFO.AZ » QHT » Dərələyəz gənclərinin uğur hekayələri təqdim olunub
1-07-2026, 11:30 | QHT
Dərələyəz gənclərinin uğur hekayələri təqdim olunub

İyunun 30-da “Qayıdışa aparan yol: Dərələyəz gənclərinin uğur hekayələri” mövzusunda tədbir keçirilib.

Qərbi Azərbaycan İcmasından Fact-info.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Dərələyəzli gənclərin elm, təhsil, idman və yaradıcılıq sahələrində əldə etdikləri nailiyyətləri, eləcə də müxtəlif müsabiqələrdə qazandıqları uğurları əks etdirən sərgi ilə tanış olublar. Sərgidə gənclərin müəllifi olduqları müxtəlif əl işləri, rəsm əsərləri, elmi və yaradıcılıq nümunələri nümayiş etdirilib.

Rəsmi hissə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Dərələyəz mahalının zəngin tarixi, mədəni irsi və yetişdirdiyi ziyalıların Azərbaycan cəmiyyətindəki rolundan bəhs edib.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da toxunan Əziz Ələkbərli bildirib ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu strateji ideya artıq real mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər, xüsusilə son aylarda Naxçıvanda keçirilən festival və konqresin, Şamaxıda və Göygöldə keçirilən festivalların əhəmiyyətini xüsusi vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz İcmasının sədri professor Mahirə Hüseynova qurumun həyata keçirdiyi elmi-tədqiqat və nəşr layihələrindən də bəhs edərək bildirib ki, hər bir kəndin tarixi, toponimləri, maddi-mədəni irsi və görkəmli şəxsiyyətləri barədə ayrıca kitabların hazırlanması istiqamətində işlər davam etdirilir. Bu prosesdə gənclərin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu və İcmanın İdarə Heyətinin üzvü, Paşalı rayon İcmasının sədri dosent Faiq Xudayev tədbirin əsas dəyərinin yalnız Dərələyəz mənşəli gənclərin qazandıqları fərdi uğurların təqdim olunması deyil, həm də milli yaddaşı, tarixi kimliyi və Qərbi Azərbaycana Qayıdış ideyasını gələcək nəslə ötürən gənclərin bir araya gəlməsi olduğunu vurğulayıblar.

Sonra ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş bir qrup gəncə, eləcə də onların valideynlərinə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri, döş nişanları və təşəkkürnamələr təqdim olunub. Bildirilib ki, bu cür təşəbbüslər gənclərin elmə və təhsilə marağının daha da artırılmasına, onların yeni uğurlara həvəsləndirilməsinə xidmət edir.

Tədbir bədii hissə ilə davam edib.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30