FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb
1-07-2026, 11:00 | MƏDƏNİYYƏT
Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, sərgi Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi, Yunus Əmrə İnstitutu, Olğunlaşma İnstitutları və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə ərsəyə gəlib.

Direktor qeyd edib ki, bu sərgi dili, tarixi, sənəti və təhsili bir araya gətirərək, minillik mədəni irsin müasir nəsillərə çatdırılmasına xidmət edir. “Ekspozisiya ziyarətçilərə “Divanü lüğat-it-türk”ün daşıdığı zəngin mənəvi və mədəni dəyərlərə yeni baxış bucağından yanaşmaq, sözün min ildən artıq bir dövrdə dəyərə, dəyərin əmələ, əməlin isə mədəni davamlılığa çevrilməsi prosesini izləmək imkanı yaradır. Türkiyə Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Olğunlaşma İnstitutları tərəfindən hazırlanan sərgi türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri hesab olunan “Divanü lüğat-it-türk” əsərinin müasir bədii interpretasiyasını təqdim edir”, - deyə Ə.Məlikova vurğulayıb.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov sərginin türk dilinin tarixi inkişafını və zənginliyini nümayiş etdirən əlamətdar mədəni hadisə olduğunu bildirərək deyib: “Dil daim inkişaf edən canlı sistemdir və Azərbaycan dili də müasir türk dilləri ilə qarşılıqlı əlaqə nəticəsində zənginləşməkdə davam edir. “Divanü lüğat-it-türk” türk dillərinin zənginliyini əks etdirən ən qiymətli mənbələrdən biridir”.

Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan vurğulayıb ki, sərgi ortaq türk mədəni irsinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. O, tədbirin məhz Milli Xalça Muzeyində keçirilməsini xüsusi dəyər kimi qiymətləndirib.

Türk Dil Qurumunun keçmiş sədri professor Şükrü Haluk Akalın diqqətə çatdırıb ki, ekspozisiyada nümayiş etdirilən əsərlər “Divanü lüğat-it-türk”də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və zəngin mədəni irsdən ilhamlanaraq hazırlanıb.

“Toxuculuq, tikmə, keramika, ağac və metal işləmə sənətlərinə aid nümunələr Qaraxanlılar dövrünün memarlıq motivləri əsasında müasir bədii üslubda yenidən işlənib. Sərgidə, həmçinin yazı mədəniyyətini əks etdirən mürəkkəb qabları, kitab cildləri, eləcə də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri nümayiş etdirilir. Bu eksponatlar türk xalqlarının tarixi-mədəni yaddaşını, ortaq dəyərlərini və sosial həyatını bədii ifadə vasitələri ilə ziyarətçilərə çatdırır”, - deyə Şükrü Haluk Akalın əlavə edib.

Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin layihə üzrə mütəxəssisi Dilay Nakış Azərbaycanda keçirilən bu layihədə iştirak etməkdən qürur duyduqlarını bildirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Divanü lüğat-it-türk”ün türk dünyasının ortaq dil və mədəniyyət xəzinəsi olduğunu vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycan Milli Konservatoriyasının aşıqlar dəstəsi musiqi nömrəsi ilə çıxış edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi iyulun 13-dək davam edəcək.




Baxış sayı: 100
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031