NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat zamanı Avropadakı hərbi bazalardan təxminən 5 min Amerika hərbi uçuşunun həyata keçirildiyini bildirib.
Fact-info.az xəbər verir ki, Mark Rutte bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu göstərici Avropanın ABŞ üçün mühüm hərbi tərəfdaş olaraq qalmasını nümayiş etdirir.
“Böyük mənzərəyə baxsanız, Avropa ölkələrinin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdiyini görərsiniz. Bu, “Epik Qəzəb” əməliyyatına dəstək məqsədilə Avropa hava bazalarından 4 min, bəlkə də 5 minə qədər Amerika uçuşunun həyata keçirilməsinə imkan verib”, – deyə Rutte bildirib.
Baş katib qeyd edib ki, Avropa ABŞ-nin hərbi güc nümayişi üçün əsas platformalardan biri olaraq qalır.
Bununla yanaşı, o etiraf edib ki, ABŞ-də bəzi dairələrdə avropalı müttəfiqlərin ikitərəfli öhdəliklərə hər zaman əməl etmədiyi barədə narazılıqlar mövcuddur. Bununla belə, Rutte ümumi mənzərənin müsbət olduğunu vurğulayıb.
Baxış sayı: 85
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
