Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişlərinə başlanılıb.
Fact-info.az-a ARKA-dan bildirilib ki, dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illiyinə həsr olunub.
Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir. Filmin çəkilişi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının dəstəyi ilə Şuşa şəhərində, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilir. Filmin bu il oktyabrına kimi təhvil verilməsi planlaşdırılır.
Baxış sayı: 110
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
