Sabah itkin dşümüş və şəxsiyyəti müəyyənləşdirilən daha 6 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.
Fact-info.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib:
"Təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş adlı şəhid məzarlarının məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib. 377 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib".
Ədalət Həsənov bildirib ki, iyulun 1-də və 3-də daha 6 nəfər itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək.
Baxış sayı: 90
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
