FACT-INFO.AZ » SİYASƏT » Türk birliyinin yeni siyasi mərhələsi
29-06-2026, 18:00 | SİYASƏT
Türk birliyinin yeni siyasi mərhələsi

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsi adi elmi-mədəni tədbir deyil. Bu hadisə türk dövlətlərinin ortaq tarixi yaddaşının yenidən dəyərləndirilməsi ilə yanaşı, yeni geosiyasi reallığın və ortaq strateji gələcək vizyonunun nümayişidir. Əslində, Bakıdan verilən mesaj aydındır: türk dünyası artıq təkcə mədəni və etnik bağlılıq məkanı deyil, eyni zamanda qlobal siyasətdə öz sözünü deməyə çalışan müstəqil güc mərkəzidir.

Təsadüfi deyil ki, Türk Dünyası Həftəsi Azərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq keçirilir. Bu qərar Azərbaycan dövlətinin türk inteqrasiyasına situativ və ya emosional yanaşmadığını, məsələyə uzunmüddətli strateji hədəf kimi baxdığını göstərir. Son illər Azərbaycanın həyata keçirdiyi siyasət də sübut edir ki, Bakı türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsini regional siyasətin əsas prioritetlərindən birinə çevirib. Müasir beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşması prosesi gedir. Türk dövlətləri də bu prosesdə getdikcə daha fəal iştirak edirlər. Orta Dəhliz layihəsinin əhəmiyyətinin artması, enerji və nəqliyyat marşrutlarının yenidən formalaşması, Avrasiya məkanında geosiyasi balansın dəyişməsi türk dünyasının rolunu xeyli artırıb. Bu yeni reallıqda Azərbaycan coğrafi mövqeyi, siyasi nüfuzu və təşəbbüskarlığı ilə birləşdirici həlqəyə çevrilib.

Azərbaycanın türk dünyasında xüsusi çəkisi yalnız tarixi və mədəni amillərlə müəyyənləşmir. Son illərdə ölkəmizin əldə etdiyi hərbi-siyasi uğurlar da bu nüfuzu əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda yeni geosiyasi vəziyyət yaradıb. Bu qələbə təkcə Azərbaycan dövlətinin gücünü deyil, bütövlükdə türk dünyasının siyasi iradəsini və potensialını nümayiş etdirən mühüm hadisəyə çevrilib. Bakı həm də türk həmrəyliyinin praktik ifadə olunduğu mərkəz kimi çıxış edir. Azərbaycan qardaş Türkiyənin milli maraqlarının müdafiəsində, o cümlədən qondarma "erməni soyqırımı" iddialarının siyasi alətə çevrilməsi cəhdlərinə qarşı mübarizədə hər zaman prinsipial mövqe sərgiləyib. Eyni yanaşma Şimali Kipr məsələsində də özünü göstərir. Azərbaycan yalnız bəyanatlar verməklə kifayətlənməyərək, konkret siyasi addımlarla türk həmrəyliyinə töhfə verir.

Məhz buna görə də, Bakıda keçirilən Türk Dünyası Həftəsi təkcə keçmişə ehtiram nümunəsi deyil. Bu tədbir gələcəyin siyasi və geosiyasi konturlarının müzakirə edildiyi, ortaq hədəflərin müəyyənləşdirildiyi strateji platformadır. Türk dövlətləri tədricən öz siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar əməkdaşlıq modelini formalaşdırırlar. Bu modelin əsas ideya mərkəzlərindən biri isə məhz Azərbaycandır. Bu gün Bakı türk birliyinin yeni məzmununun və yeni strateji gündəliyinin formalaşdığı siyasi mərkəzə çevrilib. Türk Dünyası Həftəsi də bu reallığın növbəti təsdiqidir. Bu tədbir göstərir ki, türk dövlətləri ortaq tarixdən güc alaraq gələcəyə doğru birlikdə addımlamağa hazırdırlar.

Görünən odur ki, qarşıdakı illərdə türk dünyasının qlobal siyasətdə təsiri daha da artacaq. Bu prosesdə Azərbaycanın rolu isə yalnız iştirakçı dövlət kimi deyil, həm də ideya müəllifi, təşəbbüskar və inteqrasiyanın aparıcı qüvvəsi kimi qalacaq. Bakıda keçirilən Türk Dünyası Həftəsinin əsas siyasi mesajı da məhz bundan ibarətdir ki, türk dünyası artıq gələcəyini özü müəyyənləşdirən və beynəlxalq münasibətlər sistemində öz yerini getdikcə daha qətiyyətlə möhkəmləndirən bir gücə çevrilir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30