Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Fact-info.az xəbər verir ki, Bakıda təşkil olunan "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Ziyarətdə Azərbaycanın və türk respublikalarının mədəniyyət nazirləri, Türk dünyasının aparıcı beynəlxalq təşkilatları – Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, Yunus Əmrə İnstitutu və digər qurumların rəhbərləri, həmçinin müxtəlif ölkələrdən tanınmış türkoloq-alimlər və ekspertlər iştirak ediblər.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
