Almaniyanın Hannover şəhərində yaşayan azərbaycanlı gənc yazar Zeynəb Mustafayevanın ilk əsəri olan “Fəda və Vida” kitabının təqdimatı keçirilib.
Hannoverdəki “Bismarck-Gymnasium” məktəbinin məzunu, müxtəlif müsabiqələrin qalibi olan 20 yaşlı Zeynəb Mustafayeva yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılmasına öz töhfəsini verir. Gənc yazarın həyat və yaradıcılıq yolu əzm və iradənin parlaq nümunəsi kimi diqqət çəkir. Fiziki məhdudiyyətlərinə və qarşılaşdığı çətinliklərə baxmayaraq, o, yaradıcılıqdan uzaqlaşmayaraq öz məqsədlərinə doğru inamla addımlayır. Onun “Fəda və Vida” kitabı da bu axtarışların və zəngin daxili dünyasının ifadəsi kimi oxuculara təqdim olunub.
Təqdimat mərasimində müəllifin ilk kitabı ilə yanaşı, onun bədii zövqünü, özünəməxsus baxışlarını və yaradıcılıq potensialını əks etdirən rəsm əsərləri də nümayiş etdirilib. Əsərlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Baxış sayı: 65
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
