Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi başa çatıb.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Tbilisi yaxınlığında Muxrovanidəki Mayor Gela Çedia Xüsusi Təyinatlı Təlim Mərkəzində xüsusi mərasim keçirilib.
Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze, Azərbaycan Xüsusi Əməliyyat Qüvvələri komandanının müavini general-mayor Azər Kasımov, Türkiyə Xüsusi Əməliyyat Qüvvələrinin komandanı briqada generalı Oğuzhan Şimşek və Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili təlimi uğurla başa çatdıran iştirakçıları təbrik ediblər.
Məlumata deyilir ki, Bolnisidə, Xüsusi Əməliyyatlar Komandanlığının Paraşüt Təlimi Məktəbində və Muxrovanidə üç ölkənin birgə praktiki təlimləri keçirilib. Təlimlərdə şərti obyektə birgə reydlər təşkil olunub, hücum qrupları isə atəş dəstəyi ilə binanı təmizləmək, mühəndislik partlayışları və düşməni zərərsizləşdirmək işlərini həyata keçiriblər.
Qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi hər üç ölkədə rotasiya əsasında keçirilir. Gələn il təlimə Azərbaycan ev sahibliyi edəcək.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
